02 Sentyabr 2014
DAEŞ, yəni “Dollare-Amrika Eleyhi Şie”!
Amerika dolları şiə əleyhinə!

Cənab Kaşani öz söhbətində İŞİD-in yaranma məqsədləri, onun Ərəbistan tərəfindən himayə olunması, bu təkfirçi qrupun vəhşiliklərinə işarə edib: “Dünya imperializmi İslam İnqilabının qələbəsindən sonra bu qruluşa zərbə vurmaq üçün bütün yollara əl atıb… Qəbul etdirilmiş 8 illik müharibə, iqtisadi sanksiyalar, münafiqlərin dövlət strukturlarına nüfuz cəhdi, şəxsiyyətlərin terroru, şəmsi 1378 və 1388-ci illərdəki fitnəkarlıqlar düşmənin fəaliyyətləri sırasındadır… Dünya imperializmi 4 ildən artıqdır ki, İslam Cümhuriyyətinə qarşı sanksiyaları gücləndirib, bu yolla ölkə iqtisadiyyatını iflic etməyə çalışır… İdeologiya və mədəniyyət sahəsində də güclü hücumlara məruz qalmışıq. Yüzlərlə peyk şəbəkəsi, internet saytları, dini və əxlaqi dəyərlərimizi hədəfə alıb. Bütün bunlara baxmayaraq əsil İslam sürətlə dünyaya yayılmaqdadır. İslamın yer üzündə genişlənməsi ABŞ və İsraili narahat edir… İmperializm və beynəlxalq sionizm yeni və təhlükəli bir layihə ortaya qoyub. Onlar dünyanın hər yerindən, o cümlədən ABŞ və Qərb dövlətlərindən dayaz düşüncəli cahil insanları səfərbər edib Taliban, Əl-Qaidə, Ən-Nüsrə, İŞİD (DAEŞ) sıralarında müsəlman qırğınına göndərirlər… İmperializm İŞİD vasitəsi ilə müsəlman dünyasına zərbə endirir. Ərəbistan və ABŞ təkfirçi qrupları silahlandıraraq onlara maliyyə yardımı göstərir. Bu arada layihələrdən biri də sünni-şiə münasibətlərini pozmaqdır. Anti-İslam layihələrin İŞİD vasitəsi ilə həyata keçirilməsi ABŞ, Britaniya, Türkiyə, Qətər, BƏƏ, Ərəbistan kimi ölkələrin açıq şəkildə meydana çıxmamasına şərait yaradır… İŞİD regionda müstəqil dövlət yaratmaq əzmindədir. İŞİD sözünü “Dövləti-İslamiye-Eraq-Şam” yox, “Dollare Amrika Eleyhi Şie” kimi başa düşmək daha düzgün olardı. İŞİD əslində İran İslam Cümhuriyyəti və şiə məktəbi ilə mübarizə üçün yaradılıb. Bu azğın qrup bütün müsəlmanları öz sıralarında birləşdirmək fikrindədir… Hazırda İraq xalqının milli əzmi, Ayətullah Sistani kimi böyük müctəhidlərin himayəsi sayəsində təkfirçilər mühasirəyə alınıb. ABŞ, Britaniya və İsrail tərəfindən təşkil olunmuş İŞİD öz sıralarını Ərəbistan, Türkiyənin pulları ilə genişləndirir. Ərəbistanın pulu ilə 60 min nəfər təkfirçilərə qoşulub. Onlar Türkiyədə hərbi təlim alır… Hazırda Qərb və ərəb dövlətləri İŞİD döyüşçülərinin vətənə dönüşündən narahatdır. Son döyüşlərdə ağır məğlubiyyət yaşayan təkfirçilər öz ölkələrində ciddi problemə çevrilə bilər. Suriyada və İraqda xalqın güclü dəstəyini qazanan dövlət ardıcıl uğurlar qazanır. Livanda da məqsədə çatmayan imperializm aşkar məğlubiyyətə uğrayıb. Hazırda İran qarşısında Ağ Evin əli boşdur. Düşünürəm ki, İsrail və İŞİD-in məhvi çox yaxındadır.