Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2014

İmperializmin “xeyriyyə” fitnələri

Ruslar arasında məsəl var ki, kim pulunu verirsə, o da musiqini sifariş edir. Artıq rus dissidentlərinin və hüquq müdafiəçilərinin yalnız vicdan naminə fəaliyyət əsri başa çatıb. O zaman doğru sözə, tənqidə görə həbsə gedirdilərsə, bu gün eyni işlərə görə böyük məbləğdə qrant alır, dəbdəbəli həyat yaşayırlar. Bu işin adı insan haqlarının müdafiəsidir. Amma artıq bu fəaliyyət bir biznes növünə çevrilib. Az zəhmətlə böyük pullar qazanmaq yolu kimi qeyri-dövlət təşkilatı yaratmaq, xeyriyyə fondları açmaq adiləşib. Amma amerikalılar bütün müdafiə təşkilatlarını təmin etmir. Qrant Ağ Evin sifarişi ilə müdafiə prosesini həyata keçirən təşkilatlara verilir. Məsələn, Latviyada rusların hüququnu qoruyan təşkilata Amerika fondları bir qəpik də vermir.
Haqqı pozulan insanların hüququnu vicdanın tələbi ilə müdafiə edənlər elə qədim zamanlardakı kimi ya qəpik-quruş qazanır, ya da təzyiqlərə məruz qalır. Ağ Evə bağlı fondlar konkret siyahılar üzrə ABŞ və müttəfiqlərinin mənafelərinə xidmət edən təşkilatlara qrant ayırır. Beynəlxalq Helsinki Federasiyasının sədri L. M. Alekseyeva serb hüquq müdafiəçilərinə məktubunda onlara NATO bombardmanlarını pisləməməyi tövsiyə edir. Söhbət serblərin haqlı olub-olmamasından getmir. Serblərin müsəlmanlara qarşı qətliamları dünya tərəfindən məhkum olunub. Maraqlı budur ki, Alekseyeva serb həmkarlarına NATO-nun bombardmanlarını pisləməməyi tövsiyə edir. Human Rights Watch təşkilatı Soros tərəfindən maliyyələşdirilir. Bu təşkilat Bosniya və Kosovada etnik təmizləmə haqqında ətraflı məlumata malik olduğu zaman onun Helsinki Federasiyasındakı həmkarları Ağ Evin siyasətini həyata keçirir.
Amerikanın maliyyələşdirdiyi qeyri-dövlət təşkilatlarının nə işlə məşğul olduğu kimsəyə gizli deyil. Amerikanın xeyriyyə fondlarını müxtəlif parametrlərə görə qruplaşdırmaq olar. İllik büdcəsinə görə Ford Foundation kimi təşkilatlar lider sayılır. J.M. Kaplan Fund kimi təşkilatlar bir neçə milyon dollarla kiçik xeyriyyəçi sayılır. Xeyriyyə fondlarını korporasiya tipinə görə də təsnif etmək olar. Ford Foundation istehsal, Soros Foundations Network maliyyə-investisiya təyinatlı fondlardır. Fondlar həm də liberal və konservativ olmaqla fərqlənir.
Amerikada xeyriyyə fondları həm şəxsi, həm də dövlət tərkibində ola bilər. Şəxsi fondların sayı 2 mini ötür. Dövlət fondlarını barmaqla saymaq olar. Amerikada xeyriyyəçilik hərəkatı dövlətə qazanc gətirməyən sferanın himayəsi şüarı ilə meydana çıxıb. İlk fondlar 20-ci əsrin əvvəllərində Rokfeller, Karneqi, Ford kimi tanınmış şəxsiyyətlər tərəfindən yaradılıb.
Xeyriyyə fondları üzrə ekspert sayılan Co An Roelovs bu fondların 3 məqsədlə yaradıldığını bildirir. Birinci səbəb sırf maliyyə xarakterlidir. Birinci məqsəd kapitalı xeyriyyə fondunda yerləşdirməklə vergidən yayınmaqdır. İkinci məqsəd sosial kultur fəzaya təsir etməklə cəmiyyəti nəzarət altında saxlamaqdır. Üçüncü məqsəd müxtəlif hədəflərlə imic qazanmaqdır. Amerika dövləti xeyriyyə fondlarına o zaman əhəmiyyət verməyə başladı ki, neytral bir instituta ehtiyac yarandı. Bu institutun simasında dövlət, biznes və akademik dünya həmkarlıq edirdi. Zahirən neytral adlandırılan bu institutlar Ağ Evin sırf strateji planlarını dünyada görünməyən əllə həyata keçirir. ABŞ-da iki partiya var: Demokratlar və Respublikaçılar partiyası. Ölkənin siyasətini təyin edən bu iki partiyadır. Dövlət xeyriyyə fondlarının yaranması səbəbi bu sahəyə həmin iki partiyanın həmkarlıqla nəzarət etməsi zərurəti olub. İkinci dünya müharibəsindən sonra Sovetlər Birliyinə bağlı ölkələrin yaranması xeyriyyə fondları ilə fəaliyyəti zərurətə çevirdi. ABŞ isteblişmenti qarşısına konkret vəzifələr qoyuldu:
- Dünya ölkələrində cəmiyyəti liberallaşdıracaq ideyalar vermək;
- Qeyri-dövlət təşkilatlarının yaradılması...
Bu fəaliyyətlərdə məqsəd ABŞ-ın əsas rəqibi olan rus xalqının transformasiyası idi.
- Kosmopolit və liberal baxışlar əsasında vətəndaş cəmiyyətinin yaradılması
- Hüquqşünaslar hazırlayan təhsil ocaqlarının yaradılması və maliyyələşdirilməsi.
- Ksenofobiya, anti-semitizm, rus şovinizminə qarşı şüarlar formatında mübarizə
Mütəxəssislər yaxşı başa düşür ki, bütün bu planların arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi dayanır. Amma bugünki MKİ 50-60-cı illərdəki təşkilat deyil. ABŞ Konqresinin materiallarında deyilir: “Nüfuzlu fondlarla əməkdaşlıq MKİ-ya şərait yaradır ki, gənclər təşkilatları, mətbuat, hüquq müdafiə təşkilatlarını maliyyələşdirə bilsin. Hələ 30-40 il əvvəlin informasiyalarına əsasən 700 qrantdan 50%-i ABŞ MKİ tərəfindən ödənmişdir.
Rusiya kimi mühüm ölkədə hansı Amerika təşkilatları fəaldır? Bundan ötrü öyrənməliyik ki, hansı hüquq müdafiə təşkilatlarını ABŞ maliyyələşdirir? Amma bu asan iş deyil. Çünki QHT-lər öz sponsor-donorını açıqlamır. Moskva Helsinki qrupu, Memorial Cəmiyyəti ən fəal təşkilatlardandır. Moskva Helsinki qrupunu kim maliyyələşdirir?

- Liberty Road (İsveçrənin Rusiyadakı səfirliyi)
- Department for International Development (Böyük Britaniya dövləti)
- Еuropean Commission (Avropa Birliyi)
- Ford Foundation (ABŞ, xüsusi sektor)
- MacArthur Foundation (ABŞ, xüsusi sektor)
- MATRA (Hollandiyanın Rusiyadakı səfirliyi)
- National Endowment for Democracy (ABŞ dövləti)
- Оpen Society Institute (ABŞ, xüsusi sektor, Soros)
- UK Foreign Ministry (Böyük Britaniya dövləti)
- United States Agency for International Development (USAID) (ABŞ dövləti)

Siyahıdan göründüyü kimi Moskva Helsinki qrupunun donorlarının arasında heç bir Rusiya təşkilatı yoxdur. Əgər bu təşkilatı NATO üzvləri maliyyələşdirirsə, o kimin hüququnu müdafiə edəcək?! Təşkilatın fəaliyyət istiqamətini təyin edən onun maliyyə asılılığıdır.
Amerikanın 5 fondu fəaliyyət göstərir: Ford Foundation, MacArthur Foundation və Оpen Society Institute, National Endowment for Democracy (NED) və USAID.
Moskvada Memorial təşkilatının Amerika donorlarına nəzər salaq: Open Society Institute, Ford Foundation, Henry M. Jackson Foundation, National Endowment for Democracy, Bradley Foundation və Guggenheim Foundation.
Perm Memorial təşkilatını maliyyələşdirən fondlar: Ford Foundation, Open Society Institute, Eurasia Foundation (D. Soros), NED, Henry M. Jackson Foundation, International Research and Exchange Council (ABŞ); G. Kennan Institute (ABŞ). Bu təşkilatı həm də Perm administrasiyası, eləcə də Lukoyl şirkəti maliyyələşdirir.
Riyazan hüquq müdafiəçilərinin sponsorları: Ford Foundation, NED, Institute for Democracy in East Europe (ABŞ), Open Society Institute, Eurasia Foundation, Freedom Path (İsveç hökuməti), Government of Netherlands. Bu təşkilatı yalnız “Vətəndaş cəmiyyəti uğrunda” rus təşkilatı himayə edir ki, bu təşkilat özü Qərbdən maliyyələşir.
Beləcə Rusiya hüquq müdafiəçilərinin əsas sponsorları Ford Foundation, Open Society Institute, National Endowment for Democracy (NED) təşkilatlarıdır.

***

Allen Dalles MKİ yaranan gündən bu təşkilatda işləyir. O Avropada siyasi kəşfiyyat şöbəsinin rəisi olub. Dalles 1953-1961-ci illərdə MKİ-yə başçılıq edib. Dalles öz kitabında Sovetlər Birliyinə qarşı Amerikanın doktrinasını belə təsnif edir:
1. İnsan beyni, düşüncəsi dəyişkəndir. Biz bu düşüncələrdə xaos yaratmaqla onları ixtira etdiyimiz dəyərlərə inandırırıq. Azad cəmiyyət ideyası belə ideyalardandır.
2. Ədəbiyyat, teatr, kino ən sabit insan hisslərini dəyişdirir. Biz seks, amansızlıq, sadizim təbliğ edən əsərləri maliyyələşdiririk. Nəticədə cəmiyyət legitim orqanların nəzarətindən çıxır. Bu zaman rus xalqını istədiyimiz tərəfə yönəldə bilirik.
3. Bir dövlətə nəzarət üçün orada xaos yaradırıq. Rüşvətxor, prinsipsiz, bürokrat məmurları himayəyə götürürük.

...Əgər Dallesin kitabında haqqında yazılmış proqramlar 60-70 il öncə hazırlanıbsa, bu gün milli mənafeyə qarşı işləyən bir çox QHT-lərin kökünü MKİ-də axtarmalıyıq.

Oleq Popov

Nur-az


7378 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP