16 Yanvar 2015
İnsan öz ömrünü necə uzada bilər?
Sual: Peyğəmbərlik həvəsinə düşənləri necə anlatmalı?
Cavab: Allah-təala buyurur: «(Məhəmməd) Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur». («Əhzab» surəsi, ayə 40.)
Əlbəttə ki, ayə və hədislər yalnız mömin müsəlmanlar üçün mötəbərdir. Peyğəmbərlik eşqinə düşmüş fırıldaqçıları isə, yalnız elm və məntiq yolu ilə susdurmaq olar. Belə ki, heç bir peyğəmbər göndərildiyi cəmiyyətdə dəlil-sübutsuz qəbul olunmamışdır. Buna görə də, bu eşqə düşənlər öz peyğəmbərliklərini sübuta yetirmək üçün aşağıdakı tələblərə cavab verməlidirlər:
1. Bütün peyğəmbərlər möcüzə ilə göndərildiyindən, iddiaçı öz möcüzəsini göstərməlidir;
2. Bütün peyğəmbərlərin gəlişi özündən əvvəlki peyğəmbər tərəfindən xəbər verilmişdir;
İsa (ə) və onun gətirdiyi İncildə həzrət Məhəmməd (s) haqqında xəbərlər vardır. İddiaçı öz peyğəmbərliyinin sübutu üçün Qurandan dəlil gətirməlidir (Hansı ki, «Əhzab» surəsinin 40-cı ayəsində «Məhəmməd peyğəmbərlərin sonuncusudur»-deyə buyurulur).
3. Peyğəmbər öz dövrünün ən inkişaf etmiş elm sahəsində hamıdan üstün olmalıdır;
Necə ki, Musa möcüzədə, İsa tibbdə, Məhəmməd (s) məntiq və hikmətdə birinci idi.
4. Peyğəmbər cəmiyyətin bütün problemlərinin həlli yolunu göstərməyi bacarmalıdır;
5. Peyğəmbər zorakı hakimiyyətə qarşı çıxıb, ictimai ədalətin bərpasına çalışmalıdır;
6. Peyğəmbərin dininə hamıdan əvvəl onun ən yaxın adamları iman gətirməlidir və s.
Sual: Evlənmək istədiyimiz qadına baxa bilərikmi?
Cavab: Təfsirçilərin fikirincə, evlənmək istəyən şəxs evlənmək istədiyi qadına baxa bilər.
İnsan həyatında ən əhəmiyyətli hadisələrdən biri, izdivacdır. İslam dini bütün işlərdə kor-koranə seçimin əleyhinə olduğu kimi, izdivac zamanı da kamil bəsirət tərəfdarıdır. Gələcəkdə baş verə biləcək peşmançılıqların qarşısını almaq üçün evlənmək istəyən insan, nəzərdə tutduğu qadını şəriət çərçivəsində kamil tanımalıdır.
Həzrət Peyğəmbər (s) evlənmək istəyən yaxın adamlarından birinə buyurur: «Əvvəlcədən ona bax. Bu, aranızdakı məhəbbətin dərinliyinə səbəb olar».
Əlbəttə ki, şəriət o şəxsə baxmaq icazə verir ki, onun bu qadınla evlənmək fikiri ciddi olsun. Evlənməyə qadın axtarmaq məqsədi ilə baxmaq, caiz deyil. Hətta icazə verildiyi təqdirdə, şəhvətlə baxmaq haramdır.
Sual: İnsan öz ömrünü necə uzada bilər?
Cavab: Bu sual bəşər tarixi boyun insanları düşündürmüşdür. Amma bu sahədə araşdırma aparan əksər tədqiqatçılar, məsələyə sırf fizioloji baxımdan yanaşmışlar. İslam dini fizioloji amillərin insan ömrünə təsirini nəinki inkar etmir, hətta bu sahədə göstərişlər də verir. İnsanın normal yuxu və qidalanma rejimi, onun ömrünün uzunluğunda əhəmiyyətli rol oynayır.
Amma bundan da əhəmiyyətli amillər vardır. Həzrət Peyğəmbər (s) buyurur: «Allah yolunda sədəqə və qohumları yoxlamaq evləri abad edib, ömürləri uzadar». («Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 354.)
Həzrət (s) öz buyuruqlarında zinanı məhkum edərək buyurur: «Ey müsəlmanlar, zinadan çəkinin. Onun altı pis nəticəsi vardır ki, üçü dünyada, üçü isə axirətdədir. Zinanın dünya həyatındakı üç təsiri bunlardır: insanın nurunu aparar, kasıblıq gətirər, ömürü qısaldar». («Səfinətul-bihar», 2-cild, səh.23.)
Demək, ömürünün qısalmasından ehtiyatlanaraq ekoloji saf qidalara üstünlük verən insan, öz mənəviyyatına da nəzər salmalıdır. İnsanın şərab içib-içməməsinin, zina edib-etməməsinin, qadının hicablı olub-olmamasının Allah üçün heç bir faydası yoxdur. İslam dinində nəzərdə tutulmuş bütün həddlər, yalnız və yalnız insanın dünya və axirət səadətini təmin etmək üçündür.
Sual: Ruhlarla əlaqə saxlamaq mümkündürmü?
Cavab: «Fatir» surəsinin 22-ci ayəsində buyurulur: «Dirilərlə ölülər eyni deyillər. Şübhəsiz ki, Allah (haqq sözü) istədiyi şəxslərə eşitdirər. (Amma ey Peyğəmbər) sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən».
Bədr döyüşündə öldürülmüş kafirlərə müraciətlə danışan Peyğəmbər (s), Ömərin etirazı ilə qarşılaşdı. Həzrət (s) «onların ki, ruhu yoxdur» deyən Ömərə belə cavab verdi: «Mənim dediklərimi siz onlardan yaxşı eşitmirsiniz. Sadəcə, onların cavab vermək qüdrəti yoxdur». («Ruhul-bəyan».)
Bütün müsəlmanlar namazın sonunda peyğəmbərə salam göndərirlər. Dünyasını dəyişmiş insanın cəsədinə «la ilahə illəllah» təlqin edilir. Bütün bunlar mötəbər hədislərə əsasən icra olunur. Əgər dünyasını dəyişmiş insan bizi eşitmirsə, hansı əsasla ona salam göndərməli və ya təlqin etməliyik?!
«Nəhcül-bəlağə»də ölülərin ruhu ilə əlaqəyə işarə olunur və həzrət Əlinin (ə) möminlərin ruhu ilə danışdığı bildirilir.
Ölmüş insanın dünya həyatı ilə əlaqəsi kəsilsə də, Allahın iradəsi ilə belə bir əlaqə mümkündür.
Sual: Qurani-kərimin 114 surəsi olduğu halda, nə üçün «Yasin» surəsi daha çox tilavət olunur?
Cavab: Bu surə «ya» və «sin» müqəttə hərfləri ilə başlayır. İmam Sadiq (ə) buyurur: «Yasin Allahın Rəsulunun adıdır. Çünki bunun ardınca buyurulur ki, «sən mürsəl (şəriət sahibi olan) peyğəmbərlərdənsən». Surədə yaranış, qiyamət, həyat və ölüm haqqında müxtəlif səhnələrlə qarşılaşırıq.
Hədislərdə «Yasin» surəsi «Quranın qəlbi» adlandırılır. İmam Sadiq (ə) buyurur: «Bu surəni qürubdan əvvəl oxuyan insan gün uzunu hifz olunar və bol ruzidən faydalanar. Hər kəs bu surəni yatmazdan əvvəl oxusa, Allah min mələk məmur edər ki, onu hər şeytan və hər bəladan qorusun». («Məcməul-bəyan».)
Lakin bu fəzilətlər surəni kor-koranə oxuyana yox, onun məfhumunu düşünüb, anlayanlara şamildir. Elə bir düşüncə ki, insanın əməllərinə sirayət edir!
Sual: Yuxuya əməl etmək olarmı?
Cavab: Yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq yuxuları.
İbrahim Peyğəmbər (ə) oğlu İsmayıli gördüyü yuxuya əsasən qurban kəsmək qərarına gəlmişdi. Maraqlıdır, insan yuxuya əsasən belə bir ciddi qərar qəbul edə bilərmi?
Peyğəmbərlər bir sıra məsələlərdə, eləcə də yuxu məsələsində adi insanlardan fərqlənirlər. Onlar yalnız ilahi yuxular görür, bəzən isə vəhyi yuxu vasitəsi ilə qəbul edirlər. Bəzi rəvayətlərdə İbrahimin uyğun yuxunu üç gecə ardıcıl gördüyü nəql olunur.
Başqa bir rəvayətdə nəql olunur ki, şeytan İbrahimə, «gördüyün yuxu şeytani yuxudur» deyə vəsvəsə edirdi. Amma İbrahim əmin idi ki, peyğəmbərlər şeytani yuxu görmürlər.
Demək, adi insanların gördüyü yuxuya əsasən əməl etməsi, məntiqi deyildir və yuxuda verilən göstərişə mütləq əməl olunması xürafatdır.