18 Fevral 2023
MƏBƏS BAYRAMI GƏLDİ

Yer-göy nura boyandi,
Cəhalətlə yatanlar,
Hidayətlə oyandı.
Mələklər yerə endi,
Söylədilər "mərhəba!"
Aləm dəyişdi, döndü,
Yayıldı xoş səs-səda.
Allah seçdi Rəsulun,
Göndərdi Peyğəmbərin,
Ucaltdı xoşbəxt qulun,
Sevdirdi Peyğəmbərin.
Oxu! Dedi, Cəbrayıl,
Rəbbin əmrini verdi,
Şahid oldu Mikayıl,
Mələklər yerə endi.
Salam söylədi xublar,
Muhamməd Mustafaya,
Bu gün bayramdı dostlar!
Nur çiləndi səmaya!
Seçildi haqq Elçisi,
Məbus oldu Peyambər,
Xoş əxlaqın ülgüsü,
Adın aldı Peyambər.
Güllər-çiçəklər belə,
Salam verdi Rəsula,
Sanki küləklər belə,
Ənam verdi Rəsula.
Heyrətdə qaldı şeytan,
Fəryad etdi, bağırdı,
Öz dostların durmadan,
Köməyinə çağırdı.
Möminlərə müjdədir,
Peyğəmbərin besəti,
Ürəklərə vəcdədir,
Budur, haqqın rəhməti!
Məbəs bayramı gəldi,
Şad oldu iman əhli,
Şer, qəzəl söylədi,
Şəkk etdi güman əhli.
Salam olsun, Nəbiyyə!
Həm özünə, soyuna!
Mübarək olsun, deyək!
Fəda olluq yoluna.