Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2023

HÜSEYNƏ MƏHƏBBƏT VARIMSA, YETƏR!

Mənə bu dunyadan heç nə verməyin!
Hüseynə hərarət varımsa, yetər.
Nə rütbə, nə ad-san, tərif deməyin!
Hüseynə məhəbbət varımsa, yetər.

Bu fani dünyanı istəmirəm mən,
Onların nökəri olsam bəsimdi.
Başqa bir sultanı istəmirəm mən,
Onlara əl açıb, baxsam bəsimdi.

Qapısında nökər olsam, şah ollam,
Onun lütfü pənahına möhtacam.
Dərgahına fədası, vallah ollam,
Bir nəzər qılsa kaş, olardı ricam!

Hüseynə məhəbbət təmizlər bizi,
Tövbəsiz aparmaz kimsəni bu eşq.
Bu sevgi böyüdər, bəsləyər bizi,
Köməksiz buraxmaz kimsəni bu eşq.

Rovşəna, cəddindən istə şəfaət!
Günahlar üzündən xar olmayasan.
Onlardır sahibi izzu-kəramət,
Onlara üz tut ki, zar olmayasan!


1232 dəfə baxılıb
در حال ارسال اطلاعات...
Go to TOP