Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2024

BİSMİ RABBİ FATIMƏ (Fatimənin Rəbbinin adı ilə) - Şeir

Aləmlərin nurudur,
Sevinci, sürurudur,
Dillərin dürududur,
Könüllər hüzurudur,
Sevgimizdi Fatimə!
Eşqimizdi Fatimə!

İlahinin gövhəri,
Xilqətin ilk cövhəri,
Yerin, göyün mehvəri,
Xanımların sərvəri,
Mehrimizdi Fatimə!
Eşqimizdi Fatimə!

Ucadır şan-şöhrəti,
Əhli-beytin şövkəti,
Atasının dövləti,
Dinimizin qüvvəti,
Sədrimizdi Fatimə!
Eṣqimizdi Fatimə!

Mələklərlə danışan,
Xeyirlərdə yarışan,
Din uğrunda çalışan,
Hətta evi alişan,
Dərdimizdi Fatimə!
Eşqimizdi Fatimə!

Müstəcabdır duasi,
Əllərində şifası,
Çox dərdlərin dəvası,
Anaların anası,
Qəlbimizdi Fatimə!
Eşqimizdi Fatimə!

Peyğəmbərin kövsəri,
Şahi-Mərdan həmsəri,
Əimmənin rəhbəri,
Adı dillər əzbəri,
Fəxrimizdi Fatimə!
Eşqimizdi Fatimə!

Aşiq olduq isminə,
Varammadıq həqqinə,
Ağıl yetməz dərkinə,
Tam yetmədik sirrinə,
Sirrimizdi Fatimə!
Eşqimizdi Fatimə!

Seyyidətun nisadır,
O bir Əhli kisadır,
Çagır, hacət rəsadır,
Zikri sübhü məsadır,
Zikrimizdi Fatimə!
Eşqimizdi Fatimə!

Seyyid Rövşən, dua et!
Qul haqqını əda et!
Özünü ver, fəda et!
Bu qapıda gəda et!
Cəddəmizdi Fatimə!
Eşqimizdi Fatimə!


686 dəfə baxılıb
در حال ارسال اطلاعات...
Go to TOP