Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2021

Ərdoğan Amerikanın PKK-nı dəstəkləməsini pislədi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar ertəsi deyib: “Amerikalılar PKK və onun qolu olan YPG kimi qruplara açıq-aşkar dəstək verir.”
“Daily Sabah” qəzetinin yazdığına görə, Ərdoğan deyib: “Amerikanın İraqın şimalında PKK tərəfindən Türkiyə vətəndaşlarının qətlə yetirilməsi ilə bağlı bəyanat yayması gülüncdür. Onlar PKK-ya dəstək vermədiklərini iddia edirlər, halbuki bu işi edirlər.”
Türkiyə prezidenti təhdid edərək deyib: “Əgər bizim dünya müttəfiqliyimizi və NATO-da (müttəfiqliyimizi) qorumaq istəyirsinizsə, terrorçuların tərəfini tutmaqdan əl çəkməlisiniz. İraqın şimalında şəhid olan günahsız insanların qanı PKK terrorçularını müdafiə edən və onlara dəstək verənlərin əli üzərindədir.
Bu, PKK-nın öldürdüyü ilk dinc sakinlər deyil.”
Ərdoğan Amerika prezidenti Co Baydendən istəyib ki, bu terror qrupunu yaxşı tanısın.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da bu gün Tvitter səhifəsində bu ölkənin 13 vətəndaşının PKK terrorçuları tərəfindən qətlə yetirilməsi haqda yazaraq qərbin terrorizm mövzusuna ikili yanaşmasını vurğulayıb.
“Daily Sabah” yazib ki, Amerika bir tərəfdən Türkiyə və ölənlərin ailələrinə başsağlığı verir, bir tərəfdən də dünən PKK-nın Suriya qoluna silah göndərir.
779 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.21, 09:58
Bu gün Novruz bayramıdır
Go to TOP