Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Fevral 2021

Kataloniyada kütləvi iğtişaşlar başladı

Reper Pablo Aselin həbsindən sonra İspaniyanın Kataloniya vilayətinin müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları başlayıb.

Bu barədə “La Vanqardiya” qəzeti məlumat yayıb.

Etirazçılar reperin azad olunmasını tələb edir. Barselonada aksiya iştirakçıları barrikadalar qurub, motosikletləri, zibil qutularını yandırıb və polisə müxtəlif əşyalar atmağa başlayıb. Məhz bundan sonra polis etirazçılara güc tətbiq edib.

Qeyd edək ki, reper Pablo Aselə terrorizmə çağırış və kral taxtının təhqir olunması ittihamı ilə 9 ay azadlıqdan məhrumetmə cəzası verilib. Reper fevralın 12-də könüllü olaraq həbsxanaya gəlməli olsa da, bunu etməyib. Fevralın 16-da öz tərəfdarları ilə Leyda şəhərindəki universitetdə barrikada quraraq həbsdən qaçmağa çalışıb. Lakin sonradan tutularaq həbsxanaya göndərilib.
1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.21, 09:58
Bu gün Novruz bayramıdır
Go to TOP