Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2021

Müqəddəs Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək

Cari il martın 1-də müqəddəs Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, müqəddəs Qum şəhərində yerləşən Elmi Hövzələr Mərkəzi tərəfindən təşkil olunacaq konfransa Azərbaycan, İran və Qafqaz xalqların görkəmli din alimləri dəvət ediləcək.

Konfransda Ali Dini Rəhbər Ayətullah Seyyid Əli Xameneinin 44 günlük müharibə zamanı irəli sürdüyü tezislər təhlil olunacaq.

Qeyd edək ki, Ali Rəhbər Azərbaycan ordusunun Qarabağı erməni işğalından azad etmək üçün həyata keçirdiyi əks-hücuma əməliyyatı zamanı dövlət televiziyası ilə çıxış edərək rəsmi Bakının haqlı olduğunu bəyan etmişdi.

Ayətullan Əli Xamenei bildirmişdi ki, İranın iki qonşusunun müharibə etməsi üzücüdür. Lakin Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Onun fikrincə, regionda sülh və əmin-amanlıq Azərbaycana məxsus torpaqların qaytarılması ilə təmin oluna bilər.
1293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP