Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2021

Almaniya: Yəməndə böhran dayanmalıdır

Almaniyanın xarici işlər naziri bazar ertəsi günü etdiyi çıxışında Yəmənin vəziyyəti haqqında danışıb.
Hayko Maas Yəməndə son həftələrdə humanitar durumun çox ağır olduğunu vurğulayıb.
H. Maas əlavə edib: “Humanitar yardımların Yəmən əhalisinə çatmasına mane olan kəslərə qarşı təzyiq göstərilməlidir.”
Xarici işlər naziri bildirib: “Bizim ortaq vəzifəmiz Yəməndə böhranı dayandırmaq üçün yol tapmaqdır.”
Digər tərəfdən BMT-nin baş katibinin humanitar işlər üzrə köməkçisi Yəmən barədə bu günkü məruzəsində bu ölkədə dünyanın son bir neçə onilliyinin ən ağır böhranının yaşandığını və bu vəziyətdən çıxış üçün 4 milyard dollar həcmində təcili yardıma ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Ərəbistan istefa verərək Yəməndən qaçmış Mənsur Hadini hökumətə qaytarmaq bəhanəsilə 6 ildir ki, Yəməni hər tərəfdən mühasirəyə almış, xaricdən heç bir ilkin ehtiyacların təmin olunmasına, yaxud humanitar yardımların daxil olmasına imkan vermir. Üstəlik, xalqın müqavimətini qırmaq məqsədilə ümumi məkanları, bazarları, yas və toy mərasimlərini, yaşayış mənzillərini, qaçqın düşərgələrini, məktəbləri, sərnişin nəqliyyatlarını və infrastukturları bombalayır. Bunun nəticəsində minlələ dinc sakin şəhid olmuşdur.
BMT-nin hesabatına görə, Yəməndə hal-hazırda 16 milyon insan aclıqdan əziyyət çəkir, onlardan 5 milyon nəfəri qıtlığın bir addımlığında və 500 min nəfəri qıtlıq şəraitindədir, hər 10 dəqiqədə bir yəmənli uşaq aclıq, yaxud digər xəstəliklərdən ölür.
Bununla belə, Ərəbistan cinayətkar koalisiyası Yəmənə qarşı mühasirədən əl çəkmir və hər hansı beynəlxalq humanitar yardımın ölkəyə daxil olmasına mane olur.
860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.21, 09:58
Bu gün Novruz bayramıdır
Go to TOP