Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2021

Möhsin Rezayinin Azərbaycana dəstək tviti

İİR Məsləhət Şurasının katibi doktor Möhsin Rezayi bu gün (3 mart) Tvitter səhifəsində Qarabağla bağlı bir daha Azərbaycana dəstəyini vurğulayıb, Qarabağın Azərbaycana aid olduğunu və onunla bağlı hər hansı təklifin Azərbaycanda qəbul edilməsinə təkid edib.
İslam Keşikçiləri Qvardiyasının (SEPAH) keçmiş komandanı Tvitter səhifəsində yazıb:
“Qarabağ Azərbaycana aid olub və olacaq. Azərbaycan ordusundan başqa heç bir qüvvə Qarabağda olmamalıdır. Bu bölgənin idarəçiliyi üçün hər hansı təklif Azərbaycan hökumətinin daxilində qəbul edilməlidir.”
Məsləhət Şurasının katibi 1 martda İranın Qum şəhərində keçirilən beynəlxalq Qarabağ konfransında da İran və Azərbaycanın iki bayraqlı bir millət olduğunu və İranın həmişə Azərbaycanın yanında olduğunu, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulamışdı.
954 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.21, 09:58
Bu gün Novruz bayramıdır
Go to TOP