Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2021

Türkiyəyə aid terrorçuları yerləşdirmək üçün Yəmənin qərbində düşərgələr salınır

Yəmən mənbələri Türkiyəyə aid terrorçuların bu ölkəyə gətirlidiyini bildirib.

“Vəkalətus-Səhəfatul-Yəməniyyə” İnformasiya Mərkəzi xəbər verib ki, Türkiyənin bu terrorçuları Yəmənə gətisməsində məqsəd Ərəbistan koalisiyasının yanında Yəmən xalqı əleyhinə döyüşməkdir.

Mərkəz bildirib ki, Əl-İslah ixvançı partiya Yəmənin qərb sahilində Rudum bölgəsində 3 düşərgə salmışdır və Türkiyənin gətirdiyi terrorçular bu düşərgələrdə yerləşəcək.

Sözügedən düşərgələr Şəbva əyalətində yerləşir və Türkiyə ötən həftə Qina limanına silah yükü göndərmişdi.
Mərkəzi Londonda yerləşən Suriya müxalifətinə aid insan haqları mərkəzinin rəhbəri Rami Əbdürrəhman ötən ilin iyul ayında bildirmişdir ki, Türkiyənin terrorçuları Yəmənə köçürməsində məqsədi ixvançı partiya olan Əl-İslahın ünsürlərinə dəstək verməkdir.

R. Əbdürrəhman “Sky-News”-ə açıqlamasında dedi ki, Türkiyə bu ünsürləri Afrindən Yəmənə köçürür.
Müxalifətə aid insan haqları mərkəzi iyun ayının ortalarında da bildirdi ki, Afrində Türkiyə kəşfiyyat xidmətinin ünsürləri terroçuların Yəmənə köçürülməsini təşkilatlandırmaq üçün əməliyyat otağı yaradıblar.
760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP