Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2021

Yəmən Ərəbistanı təhdid etdi

Yəmənin müdafiə naziri Ərəbistanın başçılıq etdiyi Yəmən xalqı əleyhinə təcavüzkar koalisiyanı “böyük ağrı” strategiyası ilə təhdid edib.
“Əl-Məsirə”-nin verdiyi xəbərə görə, Yəmən Milli Qurtuluş Hökumətinin müdafiə naziri Məhəmməd Nasir Atifi deyib: “Təcavüzkarlar öz məğlubiyyətini gizlətməyə səy edirlər və onları bu batlağa salan artıq çıxış yolu axtarır.”
Müdafiə naziri əlavə edib: “Əlimizdə olan məlumatlar bizə imkan verir ki, təcavüzkarların varlığını lərzəyə salaq və Riyad, Vaşinqton, London, Paris, Təl-Əvivi qəzəbləndirək. Düşmənlər bilməlidr ki, təcüvüzü davam etdirərlərsə, bizim sərt cavabımızla üzləşəcəklər.”
Atifi vurğulayıb: “Hücumların davam etməsi bizi vadar edir ki, düşməni cəzalandıraq. Ərəbistanın daxilində vura biləcəyimiz çoxlu hədəflərimiz vardır.”
Müdafiə naziri deyib ki, 21 sentyabr inqilabından sonra raket sistemimizi “hazır ol” vəziyyətinə gətirdik, onları genişləndirdik və yeni raketlər istehsal etdik. Bu raketlərdən bəzilərini nümayiş etdirmişik, bəzilərini də uyğun vaxtda nümayiş etdirəcəyik.
O qeyd edib ki, bizim cavabdan başqa bir yolumuz yoxdur. Təcavüzkar ərəb koalisiyasının variantları məhduddur, Ənsarullahın variantları isə genişlənməkdədir.
Atifi daha sonra deyib: “Qarşıda “böyük ağrı” strategiyamız dayanır, Ənsarullah rəhbəri əmr verən kimi onu həyata keçirəcəyik.”
655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP