Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2021

Pakistanda antiterror məhkəməsinin hakimini ailəsi ilə birlikdə qətl etdilər

Pakistanın şimal-qərbində, Svat vadisində antiterror məhkəməsinin hakimi və ailəsi silahlı adamlar tərəfindən qətl edilib.

Bu barədə polis əməkdaşı Şuayb Xan jurnalistlərlə söhbətində bildirib. Hələ ki, hər hansı bir qrup hakim Əftab Əhməd Afridinin məhv edilməsində məsuliyyəti üzərinə götürməyib.

Pakistanda antiterror məhkəmələri terrorçuluğun maliyyələşməsinə qarşı, habelə üsyançıların hücumu zamanı günahkarların təqib olunması məqsədilə yaradılıb. Bununla bağlı ölkədə ciddi siyasi mübahisələr gedir.

Əftab Afrizi iki ay bundan öncə Svat vadisində antiterror hakimi təyin olunubmuş. Bir vaxtlar həmin əraziyə terrorçu talibanlar nəzarət edib.

Radikal qruplaşmanın üzvləri əyalətdə qadınların təhsil haqları uğrunda mübarizə aparan Məlalə Yusafsayı da güllələmişdilər.
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP