Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2021

Bağdad-Moskva hərbi əməkdaşlığı: Həşd-Şəbi rəhbəri Moskvada

İraq Həşd-Şəbi Təşkilatının rəhbəri Moskvaya səfər edib və Bağdad-Moskva hərbi əməkdaşlığı barədə müzakirələr aparıb.
İraq Həşd-Şəbi Təşkilatının rəhbəri Falih Fəyyaz dünən (çərşənbə) Moskvaya səfər edib və bu gün Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominlə görüşərək Bağdad və Moskva arasında hərbi əməkdaşlıq barədə danışıqlar aparıb.
İraqın “Dəclə” telekanalı bildirib ki, Həşd-Şəbi rəhbərliyinin ofisindən yayılan bəyanata görə, Fəyyaz və Fomin arasında baş tutan görüşdə Yaxın Şərq və Bağdad-Moskva arasında hərbi-texnoloji əməkdaşlıq, onların genişləndirilməsinə aid məsələlər müzakirə olunub.
Tərəflər İraq-Rusiya hərbi əməkdaşlığını müdafiə, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində genişləndirməyə hazır olduqlarını bildiriblər.
Həşd-Şəbi rəhbəri Moskvaya səfər çərçivəsində dünən Rusiya Milli Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və Rusiya prezidentinin Yaxın Şərq və Afrika məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Budaqovla görüşüb.
Görüşlərdə İraq və Rusiyanın ortaq maraqları, ikitərəfli münasibət, əməkdaşlıqların genişləndirilməsi, təhlükəsizlik və terrorçuluğa mübarizədə əlaqələndiricilik barədə müzakirələr aparılıb, hər iki tərəf əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.
Rusiya tərəfi İraqda vəhdəti və bu ölkənin hakimiyyətini dəstəklədiyini bir daha vurğulayıb.
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP