Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2021

Ərəbistan Yəmən raketləri ilə bacarmadı, Yunanıstana üz tutdu

Yeddi ildir ki, Yəmən xalqına qarşı amansız müharibə başlamış Ərəbistanın mürtəce şahlıq rejimi artıq müharibədə öz məğlubiyyətini açıq-aşkar görməkdədir. Xalq inqilabının Yəməndən Ərəbistana sıçrayacağı və şahlıq rejiminin devriləcəyindən vəhşətə düşmüş krallıq müharibədən abırlı şəkildə çıxmaq istəsə də bunu bacarmır. Yəmən ordusu və xalq komitələri demək olar ki, hər gün Ərəbistanın neft şirkətlərini, hərbi bazalarını və hərbi aeroportlarını raketlə vurur, Amerikanın Patriotları da bu irticaçı monarxiya rejimini qoruya bilmir. Bir tərəfdən də Yəmən ordusu xəbərdarlıq edib ki, Yəmənə qarşı işğal və mühasirə davam etdikcə, bizim raket və dron hücumlarımız da davam edəcək.

Ərəbistanın hərbi mənbələrindən birinin “WikiLeaks Səudiyyə”-yə verdiyi məlumata görə, Riyad öz neft təsisatlarını Yəmən raket və dronlarının hücumlarından qorumaq üçün Yunanıstanla hərbi müqavilə imzalamaq astanasındadır.

Hərbi mənbə əlavə edib ki, sözügedən razılaşmanın imzalanması məqsədilə gələn həftə yunanıstanlı heyət Riyada səfər edəcək. Bu razılaşma Patriot sisteminin və yunanlı qüvvələrin Ərəbistan neft təsisatının daxilində yerləşməsinə aiddir.

Yunanıstanın Ərəbistanda olan Amerika hərbi avadanlığından kömək alacağı gözlənilir.
763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP