Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2021

Sionist rejimin öyündüyü dəmir günbəz aşsüzənə dönüb

Təl-Əviv təsdiq edib ki, Fələstin müqavimət qüvvələrinin işğal edilmiş ərazilərə atdığı 36 raketdən cəmi 6-nı izləmək mümkün olub.

Bu axşam qəsbkar sionistlərin saldığı qanunsuz qəsəbələrdə ard-arda səslənən xəbərdarlıq siqnallarından sonra sionist mənbələr müqavimət qüvvələrinin Qəzzə ətrafındakı sionist qəsəbələrinə geniş raket hücumunu xəbər verdi.

Bu hücum sionist rejimi hərbçilərinin fələstinli gənclərin Qüdsdə, xüsusilə də Məscidül-Əqsa ətrafında Ramazan ayı mərasimləri münasibətilə toplaşmasına maneçilik törətməsindən və bir neçə dəfə baş verən qarşıdurmadan sonra cümə axşamı iki tərəf arasında toqquşmanın şiddətlənməsinin ardınca baş verdi.
Fələstin Qızıl Aypara Cəmiyyətinin cümə günü verdiyi son açıqlamasına görə, sionist rejimin təhlükəsizlik qüvvələri və radikal sionistlərin fələstinlilərə etdiyi hücum nəticəsində 105 fələstinli yaralanıb.
Bundan əlavə, 50 fələstinli həbs edilib.

Bu qarşıdurmanın ardınca Fələstinin azadlığı uğrunda müqavimət hərəkatları, o cümlədən “Kətaib Şəhid Əbu Əli Mustafa” və “Kətaib İzzəddin əl-Qəssam” müqavimət qüvvələrinin səbrinin tükəndiyi və Qüdsün qırmızı xətt olması barədə bəyanat yaydılar.
Bəyanatdan 40 dəqiqə sonra xəbər mənbələri qəsbkar sionistlərin Qəzzə ətrafında qanunsuz saldıqları qəsəbələrdə ard-arda xəbərdarlıq siqnalları səsləndi.
KİV-lər Qəzzədə yerləşən müqavimət qruplarının raket hücumunu xəbər veridikdən sorna sionist rejimi bu raketlərin cəmi bir neçəsinin izlənə bildiyini elan etdi.

“Şahab” xəbər agentliyinin bildirdiyinə görə, sionist rejimi ordusu öz açqlamasında deyib ki, bu axşam Qəzzə zolağından sionistlər məskunlaşmış qəsəbələrə tərəf 36 raket atılıb və 36 raketdən cəmi 6-ı izlənib.
Nahal Oz qəsəbə sakinləri bu axşam baş verən hadisə ilə bağlı sionist rejiminin 12-ci telekanalına verdiyi müsahibədə dəmir günbəzin düzgün əməl etmədiyini deyiblər.
“Şahab” bildirib ki, sionist rejimin baş qərargahı bu gün hadisə ilə bağlı iclas keçirəcək.
“Kan 11” telekanalı xəbər verib ki, bir sıra beynəlxalq tərəflər Həmas və Təl-Əviv arasında gərginliyi azaltmaq məqsədilə vasitəçilik etməyə başlayıblar.

Bir neçə gün bundan əvvəl də Suriyadan atılan raket 250 km məsafəni keçərək sionist rejiminin Dimona nüvə stansiyası yaxınlığına düşmüşdü və Təl-Əviv hava hücumundan müdafiə sisteminin onu izləyə bilməməsini etiraf etmişdi.
923 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
Go to TOP