Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2021

General Baqiri: Atacağımız addımlar sionistləri ağıllandıracaq

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi işğal edilmiş Fələstin ərazilərində baş verən hadisələr barədə deyib: “Sözsüz ki, son bir neçə gündə həyata keçirdiyimiz və gələcəkdə onların (sionistlərin) maraqlarını təhlükəyə salacaq addımlarımız, sionistlərin ağıllarını başlarına gətirəcək. Müqavimət cəbhəsinin gələcəyi aydındır.”

“Tasnim”-in verdiyi xəbərə görə, general Məhəmməd Baqiri Sepahın Qüds Qüvvələrinin generalı Seyid Məhəmməd Hicazinin anım mərasimindən sonra işğal edilmiş Fələstin ərazilərinin cənubunda baş verən hadisələrlə bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib: “Sionist rejimi Suriya ərazisini davamlı olaraq hədəfə ala biləcəyini, dənizlərdə şər əməllər törədəcəyini və cavab almayacağını düşünür.”
M. Baqiri əlavə edib: “Sözsüz ki, son bir neçə gündə həyata keçirdiyimiz və gələcəkdə onların maraqlarını təhlükəyə salacaq addımlarımız, sionistlərin ağıllarını başlarına gətirəcək. Müqavimət cəbhəsinin gələcəyi aydındır.”

General vurğulayıb ki, son hadisələrin arxasında kimin dayandığını elan etmirik, lakin müqavimət cəbhəsi sionistlərə tutarlı cavab verəcək.
Silahlı Qüvvələrin Baş Qərargahının komandiri sionist rejimin şər əməllərinin davam edəcəyi surətdə İranın cavabının hansı olacağı sualını belə cavablandırıb: “İranın cavabının hansı olacağı məlum deyil, lakin onu deyə bilərəm ki, sionist rejimi rahatlıq üzü görməyəcək.”
825 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
Go to TOP