Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2021

Şoyqu: “NATO müharibəyə hazırlaşır”

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu NATO-nun Avropadakı qüvvələrinin müharibəyə hazırlaşdıqlarını iddia edib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilmiş iclasında çıxış edən Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib: “ABŞ ilə NATO gərginliyi artırırlar. NATO Avropadakı hərbi birliklərini müharibəyə hazırlayır.

Hərbi qüvvələrini modernləşdirərək əməliyyat və müharibə təlimlərini gücləndirir”.

Şoyqu Rusiyanın Qərb və Cənub Hərbi Dairələrinin hərbi hissələrinin təlimlər keçdiyini, müharibəyə hazır olduqlarını bildirib.
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
Go to TOP