Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2021

Həmasın hərbi qolu sionistlərə son xəbərdarlığını etdi

Fələstinin Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının (HƏMAS) İzzəddin əl-Qəssam hərbi qolu sionist rejiminin işğal edilmiş Qüdsdə Şeyx Cərrah məhəlləsinə təcavüzü barədə son xəbərdarlığını edib.
İzzəddin əl-Qəssam Briqadalarının baş komandanı Muhəmməd Deyf bəyanat yayaraq sionist rejiminə Şeyx Cərrah məhəlləsinə təcavüz barədə xəbərdarlıq edib və bildirib ki, Əl-Qəssam komandanlığı və müqavimət bu vəziyyət qarşısında susmayacaq, işğalçılar bu hərəkətlərinə davam edərsə, ağır bədəl ödəyəcəklər.
İzzəddin əl-Qəssam Briqadalarının mətbuat katibi Əbu Übeydənin istifadəçi hesabında yayılmış bəyanatda bunun işğalçılara “son xəbərdarlıq” olduğu vurğulanır.
Bəyanatda deyilir: “Baş komandanlıq işğalçılara və qəsbkarlara açıq-aydın şəkildə xəbərdarlıq edir ki, əgər Şeyx Cərrah məhəlləsində bizim əhalimizə qarşı təcavüz dayandırılmasa, biz sakit qalmayacağıq və düşmən bunun ağır bədəlini ödəyəcək.”
Bəyanatda baş verən hadisələrin yaxından izlənildiyi də bildirilir.
Sionist rejimi bir neçə gün bundan əvvəl Şeyx Cərrah məhəlləsinin sakinlərindən öz evlərindən çıxmağı tələb edib. Qüdsün əsli sakinlərinin tam çıxarılması məqsədilə baş tutan bu tələb nəticəsində Şeyx Cərrahın minlərlə sakini öz evlərini tərk etməklə üzləşir.
Məhəllə sakinləri sionist rejiminin bu tələbi qarşısında etiraz aksiyası keçirmişdir və sionist rejiminin hərbçiləri əhaliyə qarşı güc tətbiq etmişdir.
Bu arada ibri dilli KİV-lər sionistlərin İzzəddin əl-Qəssam komandirinin sərt bəyanatından bərk qorxuya düşmələrini ifşa edərək yazıblar: “Bu bəyanatın mənası odur ki, Həmas hərbçiləri ən yüksək hazırlığa sahibdir.”
Muhəmməd Deyfin bəyanatı Netanyahunun nazirlər kabinetini formalaşdıra bilməməsini elan etməsindən cəmi 15 dəqiqə sonra verilərək Təl-Əvivi lərzəyə salmışdır. Beləliklə, yeni kabinetə də öz xəbərdarlığını çatdırmış olur.
Qəzzəyə yaxın yerlərdə yaşayan sionist yəhudilər sionist rejiminin ordusuna və rəsmilərinə qəzəbləndiklərini bildiriblər və onu sosial şəbəkələrdə paylaşıblar.
579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
Go to TOP