Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2021

Ərəb Liqası dünyanı sionistlərin cinayətlərinin qarşısını almağa çağırdı

Ərəb Dövlətləri Liqasının katibliyinin məsul şəxsi sionistlərin fələstinliləri Şeyx Cərrahdan köçürmək planını tam miqyaslı cinayət adlandırıb və dünya ictimaiyyətinə səslənərək bu cinayətin qarşısını almağa çağırıb.
Liqanın məsul şəxsi sionistlərin bu cinayətini işğal edilmiş ərazilərdə aparteid sisteminin möhkəmlənməsi kimi dəyərləndirərək deyib ki, sionistlər bu planla Şeyx Cərrah sakini olan ən azından 500 nəfər fələstinlini hədəfə alıblar və bu planın icrası Şərqi Qüdsün, xüsusilə də onun qədim hissələrinin yəhudiləşməsi istiqamətindədir.
“Əl-Yəvmus-sabe” xəbər agentliyinin bildirdiyinə görə, Ərəb Dövlətləri Liqasının məsul şəxsi vurğulayıb ki, fələstinlilər İsraildə ifratçı sağçılarla solçuların arasındakı rəqabətin bədəlini ödəyirlər.
O, sionistlərin bu addımını fələstinlilərin əsas hüquqlarının tapdalanması adlandıraraq bildirib ki, fələstinlilərin bu məhəllədən məcburi köçürülməsi və yəhudiləşmə siyasəti Qüdsdə vəziyyəti təsəvvür edilməsi mümkün olmayan səviyyədə gərginləşdirə bilər.
Liqanın məsul şəxsi dünya ictimaiyyətini sionistlərə təzyiq göstərməyə, beləliklə Şeyx Cərrah sakinlərinin məcburi köçürdülməsinin qarşısnı almağa çağırıb.
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
Go to TOP