Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2021

Məscidül-Əqsa səmtinə yürüş çağırışı - Sionist rejimi qorxu içində

Sionist rejimi KİV-ləri xəbər veriblər ki, dünən Fələstin komitələrindən biri Məscidül-Əqsaya doğru yürüş çağırışı edib.

Sionist rejiminin “Kan” telekanalı bu gün (şənbə) xəbər verib ki, Fələstinin müxtəlif məntəqələrində, xüsusilə də Qüdsdə Qədr gecələrinin ehya mərasimlərinin yaxınlaşması ilə eyni zamanda sionist rejiminin polisi öz qüvvələrinə Məscidül-Əqsa ətrafında və işğal edilmiş Qüds şəhərində hazırlıq səviyyəsini artırmağı əmr edib.
Telakanal vurğulayıb ki, Qədr gecələrində (şənbə və bazar) Məscidül-Əqsa səmtinə misli görünməyən sayda namazqılan yürüş edə bilər. Belə görünür ki, Ərəb Vətəndaşları üçün Ali İzləmə Komitəsinin çağırışına cavab olaraq ərəb bölgələrinin şəhər və kəndlərindən çoxlu sayda heyətlər Məscidül-Əqsa səmtinə hərəkət edəcək.
Qeyd edək ki, dünən Beynəlxalq Qüds Günü münasibətilə yürüş keçirən fələstinlilərə qarşı sionist rejiminin hərbçiləri hücum edib. Nəticədə yürüş iştirakçıları ilə işğalçı rejim qüvvələri arasında toqquşma olub. Şiddətli toqquşmalar Məscidül-Əqsada baş verib. Belə ki, məğrib namazı bitdikdən sonra sionist rejiminin çoxlu sayda polis qüvvəsi məscidə hücum edib və zor tətbiq edərək namaz qılanları oradan çıxarmağa çalışıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti bu gün elan edib ki, sionist rejiminin hərbçilərinin Məscidül-Əqsda namazqılanlara və Şeyx Cərrahda aksiya iştirakçılarına hücumu nəticəsində 2 nəfər fələstinli şəhid olub və 205 nəfər yaralanıb.
1647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP