Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2021

İraqın Sədr Hərəkatı Məscidül-Əqsanı müdafiə etməyə hazır olduğunu elan etdi

“Sumaria” xəbər agentliyinin bildirdiyinə görə, İraqın Sədr Hərəkatı sədrinin cihad işləri üzrə müavini Əbu Yasir mətbuata açıqlama verərək deyib: “İraq milli müqavimət hərəkatının komandanı Müqtəda Sədrin açıqlamasından sonra hər nəyimiz varsa Qüdsü-şərifə və Məscidül-Əqsaya qurban verməyə hazırıq.”
Əbu Yasir əlavə edib: “Hamımız əmri gözləyirik! Biz müqəddəslərin əsgəriyik və Sədr Hərəkatının rəhbərinin ali fərmanlarına sadiqik, bütün vücudumuzu Allahın və insanlığın düşməni olan israilli cinayətkar qrupla üzləşmək şövqü bürüyüb.”
Qeyd edək ki, bundan əvvəl Müqtəda Sədr Məscidül-Əqsa ətrafında baş verən hadisələrə reaksiya vermişdi və sionist rejimilə əlaqələri normallaşdıran ölkələrə görə təəssüfləndiyini bildirmişdi.
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
Go to TOP