Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2021

Ayətullah Məkarim Şirazi Əfqanıstandakı terrorla bağlı başsağlığı verdi

Bismillahir-Rəhmanir-Rəhim

İnna lillahi və inna iləyhi raciun

Bir daha Əfqanıstanda təkfirçi qrupların cinayətləri və məqsədli qətliamları, xüsusilə də bu əziz ayda günahsız uşaqların və şagirdlərin Əhli-Beytə (ə) sevgilərinə görə şəhid olması və yaralanması ilə nəticələnmiş yeni terror əməliyyatı bizi çox kədərləndirdi. Bu xaosların başlamasından bir neçə onillik ötməsinə baxmayaraq təəssüf olsun ki, hələ də Əfqanıstan ölkəsinin hökuməti, məhkəmə, hərbi və təhlükəsizik orqanları bu böyük böhranları həll edə bilməyib, hər gün yeni qətl və qırğın acı xəbərləri eşidilir.

Mən İmam Zamana (əccələllahu təala fərəcuhuş-şərif), matəmə batmış ailələrə və Əfqanıstanın şərəfli xalqına başsağlığı verir, bu hadisədə yaralananlara tam sağlamlıq arzu edir və bu hadisəni pisləyirəm. Əfqanıstanın dövlət adamlarından, milli və dini rəhbərlərindən, habelə beynəlxaq islami təşkilatlardan təkidlə istəyirəm ki, müsəlmanlar arasında təfriqə salmaq və İslamın rəhmət simasını ləkələmək istiqamətində törədilən bu hadisənin səbəbkarlarına qarşı sərt mövqe tutsunlar.

İnşallah, tezliklə təkfir və terrorizm xərçəng şişinin İslam ölkələrindən kökü kəsilsin.

Qum, Nasir Məkarim Şirazi
11 may, 2021
928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.06.21, 11:33
Həyat iksiri
26.05.21, 08:46
Səfər azuqəsi
Go to TOP