Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2021

Təhlükəsizlik komissiyasının sədri: Türkiyə işğalçılığa son qoymalıdır

İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının sədri Məhəmmədrza Ali-Heydər Türkiyənin İraqda hüzurunu işğalçılıq adlandırıb və ona son qoyulmasını tələb edib.
Ali-Heydər deyib ki, Türkiyə ordusu və PKK tərəfindən İraq Kürdüstanı daxilində baş verənlər təhlükəli addımlardır.
“NİNA”-nın verdiyi xəbərə görə, komissiya sədri Türkiyə ilə hər hansı razılaşmanı rədd edərək deyib: “Yalnız müvəqqəti və şərtli razılaşmalar mövcuddur və Türkiyə İraqın hazırkı vəziyyətindən sui-istifadə etməməlidir. İraqın mərkəzi hökuməti və peşmərgə komandanlığı Türkiyənin işğalçılığı qarşısında koordinasiya yaratmalıdır.”
Ali-Heydər bir daha vurğulayıb ki, PKK ünsürlərinin izlənməsi üçün İraq və Türkiyə arasında heç bir əməkdaşlıq yoxdur, Türkiyə dövləti qarşıdurmaları dayandırmalı, İraq hökumətinin yollar aramağa səy göstərməsinə zəminə yaratmalıdır.
Qeyd edək ki, Türkiyə PKK ilə mübarizə bəhanəsi ilə neçə ildir ki, Suriya və İraq torpaqlarına soxulmuşdur.
1046 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP