Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2021

Nanə və limonun sağlamlığa təsiri

Nanə-limon insan bədəni üçün faydalı və mükəmməl qidalanma qaynaqlarındandır.

Ev şəraitində hazırlanan nanə-limon çayı təbii və kofeinsiz olmaqla yanaşı, həm də mentol tərkiblidir. Mentol insan bədənindən zərərli maddələrin və toksinlərin xaric olunmasında köməkçi vasitədir. Nanənin tərkibində olan mentol temperaturun aşağı salınmasında bilavasitə aparıcı rol oynayır. Nanə çeynəyərkən ağzımızda xoş təravət və soyuqluğun yaranması məhz bu bitkinin mentol tərkibli olmasındandır.

Min illərdir nanə-limon çayı həzm sistemi, mədə-bağırsaq problemlərinin qarşısını almaq üçün istifadə olunur. Bədəninizdə şişkinlik və kramp (əzələ spazmı) olmasından, reflüksdən (qıcqırma) şikayətlənirsinizsə, nanə-limon dəmləmənizdə fayda var.

Nanə-limon birlikdə daha güclü kombin yaradır. Məsələn, bizi rahat buraxmayan stress və gərginliyi nanə-limon sayəsində daha asanlıqla aradan qaldıra bilərik. Bu qarışım birlikdə kalsium, maqnezium, kalium, dəmir və fosfor ehtiva edir. Sadalananların bizim üçün nə qədər faydalı olduğunu açıqlamağa ehtiyac belə yoxdur.

Qaraciyər və öd kisəsi ilə problemi olanların hər gün nanə-limon içmələri məsləhətlidir. Yuxu pozuntusunun tənzimlənməsinə və immun sisteminin güclənməsinə yüksək təsir göstərən nanə-limon dərini qızartılardan təmizləyir. Hüceyrələrin yenilənməsinə səbəb olur, sümükləri, həmçinin dişləri daha sağlam saxlayır.

Bəs nanə qoxusunun insanda toxluq hissi yaratdığını ve köklükdən qurtulmağa köməklik etdiyini bilirdiniz?

Alimlər araşdırıblar ki, nanə tərkibli qidalardan yayılan qoxu molekulları beynimizə bütünlüklə çatır və bizi sanki o yeməyi yemişik kimi aldada bilir. Bu təcrübənin 6 aylıq zaman kəsiyində aparılması nəticəsində çəkilərdən azad olmağa köməklik göstərdiyi ortaya çıxıb.

Nanə qoxusu insan ürəyini daha da sağlam saxlayır. Nanə yağının qoxlanması ilə miqren və yüksək təzyiqlə bağlı yaranan baş ağrılarının azaldığı, əməliyyatdan sonra mədə bulantılarının azaldığı araşdırmalar nəticəsində ortaya çıxıb.

Yaş nanənin faydası quru nanəyə nisbətən daha çoxdur. Ona görə də nanə-limon dəmləyərkən yaş nanə istifadə etməyiniz daha məqsədəuyğundur. Bu iki sağlamlıq mənbəyi birlikdə insan yaddaşının güclənməsinə və baş ağrılarının azalmasına müsbət təsir göstərir.
1084 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP