Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2021

Fələstin hamiləri sionistlərin gəmisini Kanadaya buraxmadılar

Sionist rejiminin Fələstin xalqı əleyhinə 12 günlük müharibəsindən sonra Kanadada yaşayan Fələstin hamiləri qrupu bu rejimə aid gəminin Kanada sahillərində yan almasına icazə verməyib.
Kanadanın “CBC” xəbər agentliyinin bildirdiyinə görə, kanadalı fəallar Britaniya Kolumbiyası əyalətinin Prins-Rupert limanında toplaşaraq sionist rejimi əleyhinə aksiya keçiriblər və bu rejimə aid yük gəmisini limanda yan almağa qoymayıblar. Volans adlı bu gəminin sahibi ZIM gəmiçilik şirkətidir.
Fələstin hamiləri elan ediblər ki, bu addım “Qayığı bloklayın” (Block the Boat) adlı kampaniyaya dəstək olaraq atılıb.
“Qayığı bloklayın” kampaniyasının fəalları bundan əvvəl bildirmişdilər ki, onlar Fələstin xalqının hüquqlarına dəstək olaraq sionist rejimindən Şimali Amerikaya yük daşınmasının qarşısını almaq niyyətindədirlər.
Qeyd edək ki, sionist rejiminin Qəzzə əhalisinə qarşı 12 günlük müharibəsi baş verəndən bəri dünyanın müxtəlif ölkələrində Fələstin xalqına dəstək aksiyaları və kampaniyaları keçirilir və sionist rejiminin vəhşi hərəkətləri pislənir.
895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP