Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyul 2021

Fransada polislə aksiyaçılar arasında toqquşma olub

Fransanın paytaxtı Parisdə yüzlərlə insan koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər əleyhinə kütləvi etirazlara qalxıb.

Bu barədə “Le Fiqaro” məlumat yayıb.

Etirazçılar polislərin ciddi müqaviməti ilə üzləşib. Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Yayılan videogörüntülərdə insanların polisin zorakılığından qorunmaq üçün mağaza və restoranlarda gizləndiyi görünür.

Toqquşmalar zamanı xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, Fransada 14 iyulda Milli bayram – Bastiliyanın alınması günü qeyd olunur.

Bir sıra şəhər və prospektlərdə parad və nümayişlər keçirilib. Lakin sonradan bəlli olub ki, hökumət pandemiya ilə bağlı məhdudiyyətləri pozanları böyük məbləğdə cərimə edə, hətta azadlıqdan məhrumetmə ilə də cəzalandıra bilər.
1501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
Go to TOP