Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2021

Ayətullah Safi Gülpayaqani dünya birliklərinə Əfqanıstanla bağlı çağırış etdi

Böyük təqlid mərcəsi Ayətullah əl-üzma Safi Gülpayaqani BMT, İƏT, digər beynəlxalq təşkilatlara və İrana Əfqanıstanda baş verən hadisələrlə bağlı müraciət edib. Müraciətdə deyilir:

Bismillahir-Rəhmanir-Rəhim

Bu günlərdə dünya çox dəhşətli və təəssüflü hadisələrin şahididir. Belə ki, insanların pak fitrəti və bəşəriyyətin vicdanı baş verən bu cinayətlərdən utanır.

Ola bilərmi ki, bir qrup özünü insan adlandırsın, lakin öz həmnövünə qarşı bütün bu cinayətlərə mürtəkib olsun?
Bir tərəfdən terrorçuların vəhşiliyi, digər tərəfdən də dünya ictimaiyyətinin, dövlətlərin və dırnaqarası insan haqları təşkilatlarının sükutu insanı heyrətə salır və utandırır.
Bundan əvvəl şər əməllər və qətliamlar törətdiyi hamıya bəlli olan bir qrupa etimad göstərmək böyük və düzəlməsi mümkün olmayan bir səhvdir.

Öz dini və insani vəzifəmə uyğun olaraq bütün dövlətlərə, beynəlxalq mərkəzlərə, əsasən də Birləşmiş Millətlər Təşkilatına, İslam Əməkdaşlıq Təşkilatına və İran İslam Respublikası hökumətinə xəbərdarlıq edirəm ki, Əfqanıstanda baş verən bu vəhşiliyə, çoxlu sayda müdafəsiz insanların şəhid edilməsinə, qadın, kişi, qoca, cavan və uşaq olmaqla minlərlə insanın köçkün düşməsinə ciddi reaksiya versinlər, beləliklə təcavüzlərin qarşısı alınsın.
Bugünkü sükut, gələcəkdə peşmanlığa səbəb olacaq.

Salam olsun, hidayətə tabe olanlara

Qum, 3 zilhəccə 1442 (14 uyul 2021)
Lütfüllah Safi
2801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.08.21, 09:25
Hərbçimizin intihar edib
29.08.21, 08:56
Çin ABŞ-ı tənqid etdi
Go to TOP