Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Avqust 2021

“Taliban” nümayəndəsi: “Qadınlar evdən çıxmasın, çünki döyüşçülərimiz onları zorlaya bilər”

“Taliban” nümayəndəsi: “Qadınlar evdən çıxmasın, çünki döyüşçülərimiz onları zorlaya bilər”
Əfqanıstana nəzarəti ələ alan (hələlik Pəncşir vadisi istisna olmaqla) “Taliban” hərəkatı Kabili tutduqdan dərhal sonra qadınların işləməsinə və təhsil almasına “şəriət qaydaları daxilində” icazə veriləcəyini açıqlasa da hazırda onlara evdən çölə çıxmağı məsləhət görmür. Çünki “Taliban” döyüşçüləri, hərəkatın sözçüsü Zabihullah Mücahidin bildirdiyi kimi, qadınlarla rəftar barədə xüsusi təlim keçməyiblər və onları küçədə tutub zorlaya bilərlər. “Taliban” nümayəndəsinin bu bəyanatı beynəlxalq mediada geniş rezonansa səbəb olub.

Zabihulla Mücahid bu barədə Kabildə keçirdiyi brifinqdə bildirib. “Qadınların evdə qalması lazımdır, ən azından hələlik. Niyə? Çünki döyüşçülərimizdən bəziləri hələlik qadınlara zərər verməmək məsələsində təlim görməyib. Bizə yeni qatılanların yetərli təlim almadıqları üçün qadınlarla pis davranmasından ehtiyat edirik. Allah göstərməsin, döyüşçülərimizin qadınlara zərər verib onları zorlamasından ehtiyat edirik”,-o deyib.
982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP