Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2021

İranın yeni XİN rəhbəri: Bölgədəki qeyri-sabitliyin əsas səbəbi xarici müdaxilələrdir

İran İraqda sabitliyinin təmin edilməsi üçün dəstəyini davam etdirəcək.

Bunu İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı deyib.

“Davamlı regional təhlükəsizliyə hər zamankindən daha çox ehtiyac var. Bunun üçün bölgə ölkələri arasında qarşılıqlı etimad qurulmalıdır. İran regional dialoqun inkişafına hazırdır, - XİN başçısı bildirib.

Abdullahian qeyd edib ki, ABŞ-ın bölgədə varlığı davamlı sülhə və sabitliyə mane olur:

“Amerikalılar bölgə xalqlarına heç vaxt sülh və sabitlik verməyəcək. Bölgədəki qeyri-sabitliyin əsas səbəbi xarici müdaxilələrdir”.
953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP