Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2021

Sionist rejimi 8 ayda 130 fələstinli qadını həbs edib

“Fələstin əl-Yəvm”qəzetinin yazdığına görə, Fələstinli Əsir və Azad Olunanların İşləri üzrə Komitə bildirib ki, sionist rejimi 2021-ci ilin əvvəlindən indiyədək (avqust ayınadək) 130 fələstinli qadını həbs edib və onların çoxu Qüds əhalisidir.
Komitə qeyd edib ki, 1967-ci ildən indiyədək 17 mindən çox fələstinli qadın həbs edilib. Onların arasında azyaşlı qızlar, tələbələr, yaralılar, hamilə qadınlar və digərləri olub.
Hal-hazırda sionist rejiminin zindanında saxlanılan Ənhar əl-Deyk adlı qadın hamilədir və onun doğuş günləri yaxın olduğu üçün vəziyyəti barədə narahatlıqlar artmaqdadır.
Əsirlərin İşləri üzrə Komitənin sədri Qədri Əbu Bəkr Dünya Aypara və Qızıl Xaç cəmiyyətləri vasitəsilə fələstinli qadına kömək etmək üçün işlər davam etdirilir.
Sionist rejimi hərbçiləri cari ilin əvvəlindən indiyədək işğal edilmiş Qüdsdə 1900 nəfəri həbs ediblər.
Həbs olunanlar arasında 18 yaşına çatmayan gənclər də vardır. Sionist rejimi bu qəddar hərəkətləri ilə Fələstin xalqının iradəsini qırmağa çalışır.
990 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP