Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2021

Vaşinqton Fars Körfəzinin ərəb dövlətlərini müdafiə etməyəcək

Abu-Dabi vəliəhdinin sabiq müşaviri Əbdülxaliq Abdullah deyib: “Vaşinqton ərəb ölkələri tərəfindən proxy müharibəyə girmək istəmir.”
“Əl-Xəlicul-cədid” informasiya mərkəzinin verdiyi xəbərə görə, Abdullah əlavə edib: “Amerikanın xarici işlər və müdafiə nazirlərinin bölgədə hüzuru Vaşinqton tərəfindən bir mesajı çatdırmaq üçündür: Amerika artıq Fars körfəzi dövlətlərini müdafiə etməyəcək.”
BƏƏ diplomatı sözlərinə görə, Amerikanın xarici işlər və müdafiə nazirləri çatdırmaq istəyirlər ki, bu gündən etibarən Amerika Fars körfəzinin neftinə görə heç bir müharibəyə girməyəcək.
Abdullah vurğulayıb ki, Fars körfəzinin ərəb dövlətləri ikiyol ayrıcındadırlar və körfəzdə post-Amerika dövrü ilə necə uyğunlaşacaqları barədə düşünürlər.
Amerikanın xarici işlər naziri və müdafiə naziri Dohada Təmim bin Həməd ilə müzakirələr aparırlar.
2154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.10.21, 10:36
Rusiyanın 4 helikopteri...
Go to TOP