Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2021

Hizbullah sionist rejiminə aid dronu məhv etdi

İşğalçı sionist rejimi ordusunun sözçüsü Aviçay Adraee bu rejimə aid dronun süqut etdiyini bildirib.
“Ən-Nəşrə” Xəbər Agentliyinin bildirdiyinə görə, A. Adraee deyib: “Bir neçə dəqiqə bundan əvvəl İsrail hərbi PUA-sı Livan ərazisində süqut etdi.”
Sözçü hadisənin səbəbinin araşdırıldığını iddia edib.
Sionist rejimi komandirinin iddiasının əksinə olaraq Livan Hizbullah Hərəkatı xəbər verib ki, bu hərəkatın qüvvələri cümə axşamı saat 13:55-də sionist rejiminə aid PUA-nı məhv edib.
Hizbullah Hərəkatı öz bəyanatında vurğulayıb ki, bu dron Livanın cənubunda Yater bölgəsinin Vadi Murəymin məntəqəsində vurulub.
Bir həftə bundan əvvəl Suriya ərazisində də işğalçı sionist rejiminə aid digər bir dron süqut etmişdi və rejim səlahiyyətliləri onun texniki problemlər üzündən süqut etdiyini bildirməklə mövzunu ört-basdır etməyə cəhd göstərmişdi.
2061 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
08.11.21, 12:21
ABŞ-da bomba həyəcanı
Go to TOP