Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2021

Ayətullah Safi Əfqanıstanda baş verən dəhşətli cinayəti pisləyib

Həzrət Ayətullah əl-üzma Safi Gülpayaqani bəyanat yayaraq Əfqanıstanda baş verən dəhşətli cinayəti pisləyib, müstəqil ölkələri və dünyanın azad insanlarını anti-insanlıq qrupunun bundan artıq cinayət törətməsinə icazə verməməyə çağırıb.

Bəyanatda deyilir:

و َما نَقَموا مِنهُم إِلّا أَن یُؤمِنوا بِاللَّهِ العَزیزِ الحَمیدِ

“Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, hər cür tərifə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.”

Cümə günü Əfqanıstanın Künduz məscidində vəhşiliklə törədilən və ibadət edənlərin və günahsız insanların şəhid olmasına səbəb olan cinayət hadisəsi münasibətilə həzrət İmam Zamana (əc) və şəhid olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm.

Dövlətlər, bu soyuq fəsildə çöllərdə və dağlarda ən pis şəraitdə yaşayan və ilkin imkanlardan belə məhrum olan məzlum köçkünlərin və evsiz-eşiksiz əfqanıstanlı qardaş və bacıların fəryadını eşitmirmi?!
Özünü məhrum və məzlumların tərəfdarı adlandıran beynəlxalq təşkilatlar qarətçi terrorçularu və müdafiəsiz insanların evlərinin yandırılmasını, viran edilməsini görmürlərmi?!
Hər gün və hər gecə çoxlu sayda insanın Allahdan xəbərsiz və insanlıqdan uzaq bir qrup tərəfindən şəhid edildiyini və onların ailələrinin müsibətlə üzləşdiyini görmürlərmi?!
BMT və beynəlxalq qurumlar niyə öz ciddi vəzifələrinə əməl etmirlər?!
Əgər cinayətkarların utancverici və insanlıqdan uzaq hərəkətlərini qınamaq istəmirlərsə və sükut təzyiqindən qatillərin xeyrinə istifadə edirlərsə, heç olmasa onlara dəstək verməsinlər.

Müstəqil hökumətləri və dünyanın azadlıqsevər insanlarını bu anti-insani qrupun dəhşətli cinayətlərini davam etdirməsinə icazə verməməyə çağırıram. Və insanlıq vicdanı oyaq olan hər bir kəsdən, xüsusən də iman bacı-qardaşlarından istəyirəm ki, bu zaman kəsimində məzlum və talan edilmiş Əfqanıstan xalqına kömək etmək üçün əllərindən gələni əsirgəməsinlər, köçkünlərə və sığınacağı olmayanlara yardım etməyə tələssinlər, insani və dini borcunu yerinə yetirsinlər.
Allahın bütün azad və saleh bəndələrinə salam olsun.

2 rəbiüləvvəl 1433 - 9 oktyabr 2021

Qeyd edək ki, cümə günü Əfqanıstanın Künduz şəhərində yerləşən came məscidində həyata keçirilən partlayışda 100-dən çox insan şəhid olmuş yüzlərlə insan yaralanmışdır. Bu münasibətlə İranın XİN-i və Prezidenti, habelə digər siyasi və ictimai orqanlar və tanınmış şəxsiyyətlər bəyanatlar vermiş, cinayət hadisəsini pisləmişdir.

İranın Prezidenti Seyid İbrahim Rəisi bu hadisə münasibətilə Əfqanıstan xalqına və dünya ictimaiyyətinə başsağlığı verməklə yanaşı, bu cinayətin müsəlmanlar arasında tərfiqə yaratmaq məqsədilə törədildiyini, anti-din və anti-insanlıq mahiyyət daşıdığını, Amerikanın təkfirçi-terrorçu qruplara dəstəyi ilə baş tutduğunu vurğulayıb, İran İslam Respublikasının əfqanıstanlı bacı-qardaşlara hər hansı köməyi etməyə hazır olduğunu bildirib.
2023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.21, 09:43
Lövh hədisi
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
Go to TOP