Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2021

Rəsuli-əkrəmdən (s) ruh oxşayan kəlamlar

1. Cənnət yolu
“Elm ardınca olan kəsə Allah cənnətin yolunu göstərər.”

2. Yoxsullarla oturub-durmaq
“Elm əhlindən soruşun, onlarla söhbət edin, yoxsullarla oturub-durun.”

3. Əbuzərə xitab
“Ey Əbuzər! Arzu və xəyalların bu günün işini sabaha saxlamağa səbəb olmasın. Çünki sən, hələ gəlməmiş günlər üçün deyil, bu gün üçünsən. Ey Əbuzər! Malından daha çox ömrün barədə simiclik et.”

4. Quran və sünnəyə tabe olmaq
“İnsan öz istəklərini mənim təlimlərimə uyğunlaşdırmasa, mömin deyil.”

5. Hikmət sərçeşməsi
“Öz nəfsinizlə cihad edin ki, qəlbləriniz hikmətlə dolsun.”

6. Həqiqi müsəlman
“Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun işlərindən amanda qalsınlar.”

7. Müsəlman aldatmaz
“Müsəlmanları aldadan kəs bizdən deyil.”

8. Quran və Əhli-beyt (ə)
“Mən sizin aranızda iki ağır, dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Quran, digəri isə Əhli-beytimdir. Əgər onlara itaət etsəniz, heç vaxt azğınlığa düşməzsiniz.”

9. Əhli-beyt (ə) Nuhun gəmisi kimi
“Mənim Əhli-beytim Nuhun gəmisinə bənzəyir. Bu gəmiyə minən nicat tapar, ondan uzaqlaşan isə məhv olar.”

10. Altı cümlədə toplanmış altı yüz min söz
Peyğəmbəri-əkrəm (s) həzrət Əliyə (ə) buyurdu:
“Ey Əli! Altı yüz min qoyun istəyirsən, yoxsa altı yüz min dinar, yaxud altı yüz min söz (öyüd)?”
Əli (ə) cavabında dedi: “Ey Allahın rəsulu! Altı yüz min söz istəyirəm”.
Peyğəmbər (s) buyurdu: “Ey Əli! Altı yüz min sözü altı cümlədə toplayır və sənə deyirəm:
1. İnsanların müstəhəb işlərlə məşğul olduqlarını görəndə, sən vacibatları kamil yerinə yetirməyə çalış.
2. İnsanların dünya işləri ilə məşğul olduqlarını görəndə, sən axirət işləri ilə məşğul ol.
3. İnsanların başqalarının eyibləri ilə məşğul olduqlarını görəndə, sən öz eyiblərini gör.
4. İnsanların dünyanı bəzəməklə məşğul olduqlarını gördükdə, sən axirətini bəzəməyə çalış.
5. İnsanların əməllərinin çox olmasına (kəmiyyətinə) çalışıdığını görəndə, sən öz işinin sağlamlığı və təmizliyinə (keyfiyyətinə) çalış.
6. İnsanların məxluqata sığındığını görsən, sən ancaq Xaliqə və Yaradana sığın!”
1645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
08.11.21, 12:21
ABŞ-da bomba həyəcanı
Go to TOP