Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2021

M. Hadiyə sadiq komandir: Riyad Məaribdə bizi tək qoydu

Yəməndə istefa verərək ölkədən qaçmış prezident Mənsur Hadiyə bağlı qüvvələrin komandirlərindən biri Ərəbistanın öz hərbi texnika və silahlarını Məaribdən çıxardığını və bu şəhəri tərk etdiyini bildirib.
“Belqeys” televiziya kanalı istefa vermiş hökumətin müdafiə nazirliyinin yüksək səviyyəli hərbi mənbəsinə istinadla bildirib ki, Ərəbistan-BƏƏ koalisiyasının Məarib döyüşlərində Yəmən ordusu və xalq komitələri qüvvələrinin öldürülməsi ilə bağlı yaydıqları xəbərlər şişirdilmiş rəqəmlər əsasındadır.

Mənbə qeyd edib ki, hal-hazırda Ərəbistan Məaribdəki müdafiə təchizatını və qüvvələrini bu şəhərdən çıxarır və bu ölkənin Məarib barədə mövqei anlaşılmaz halda dəyişmişdir. Əgər Ərəbistan Ənsarullah qüvvələrini dayandıracağı vədində sadiq olsaydı, hava hücumundan müdafiə qurğularını Məaribdən çıxarmazdı və milli ordunu (Mənsur Hadiyə sadiq qüvvələr) Ənsarullahın hücumları, PAU-ları və balistik raketləri qarşısında tək qoymazdı.

“Belqeys” telekanalı bildirib ki, Ərəbistanın öz hərbi təchizatını Məaribdən çıxarmasının səbəbi bu ölkədə başlamış gizli daxili müharibədir.

“Sputnik”-in Yəmənin yerli mənbələrinə istinadla verdiyi xəbərə görə, Yəmən ordusu və xalq komitələri bu gün (çərşənbə axşamı) Məarib ətradında yeni bölgələr (Cədidə və Cəvbə) azad edərək özlərini şəhərə bir az da yaxınlaşdırıblar və hal-hazırda Məarib üç səmtdən Səna qüvvələrinin mühasirəsindədir.
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.21, 00:40
Gecə rəvayəti
21.11.21, 12:22
Növbəyə riayət edin!
10.11.21, 09:50
İmamın mehribanlığı
09.11.21, 10:11
Sözdən sui-istifadə
08.11.21, 12:21
ABŞ-da bomba həyəcanı
Go to TOP