Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2021

General Qaanidən Amerikaya: Dişlərinizi qırarıq

İslam İnqilabı Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı ABŞ-a səslənərək deyib: “İranın ətrafındakı coğrafiyadan çıxın gedin, əks təqdirdə Əfqanıstandan qovulduğunuzdan da pis qovulacaqsınız.”
Bu gün Şirazın Müqəddəs Müdafiə və Hərəm Müdafiəçiləri şəhidlərinin anım mərasimində çıxış edən SEPAH-ın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani şəhidlərin xatirəsini uca tutub onların açdıqları yolun davam edəcəyini vurğulayaraq deyib: “Uca məqamlı şəhidlərimizin açdığı bu yoldan dönmək yoxdur, şəhidlərin yolu davam edir. İndiyə qədər bütün hədəfləriz müvəqqəti olub, Kərbəla hədəfimizə çatdıq və Qüds hədəfimizə də çatacağıq. Ancaq bütün bunlar İmam Zamanın (əc) cahanşümul hökumətinə çatmağa kömək edən hədəflərdir. Bu, şəhidlərin bizim üçün açdıqları yoldur və bu toplantılar izzətin ən uca zirvəsinə çatmaq üçün hərəkət yolunu təyin etməyin manevridir. Bu yol, izzətyaratma yoludur.”
Şəhidlərin özəlliklərini açıqlayan Qüds Qüvvələrinin komandanı onlarda özlərini Rəsulullahın (s) övladları olaraq vəzifələrinə əməl etmək, bütün gücü ilə səy göstərmək, hər zaman Allaha təvəkkül etmək hissinin olduğunu vurğulayıb və müqavimət cəbhəsinə üz tutaraq deyib: “Əgər izzət sahibi olmaq istəyirsinizsə, vilayət bayrağı altında həmin xüsusiyyətlərlə irəli gedin. Əgər bir addım atsanız, Allah sizi on addım irəli aparacaq.”

SEPAH generalı çıxışının digər hissəsində fələstinlilərin şəhidlər vasitəsilə İranla əlaqə yaratmasından sonra izzət və qüdrətlərinin daha da artdığına toxunaraq deyib: “Fələstinlilər son əməliyyatlarda sionistlərə qarşı dayandılar, İsrail rejiminə 3000-dən çox raket atdılar. Bu sözü dildə demək asandır, lakin bunu da nəzərə almaq lazımdır ki, illərdir mühasirədə olan Qəzzədə raket istehsalı çətin bir işdir.”
Sərdar Qaani daha sonra deyib: “2006-cı ildə qəhrəman Hizbullah sionistlərlə vuruşarkən sionistlər beynəlxalq iclasların birində xarici işlər nazirimizə mesaj gətirdilər ki, əgər Təl-Əvivə bir raket düşsə, biz də Tehranı vuracağıq. Ancaq Livan Hizbullahı dəfələrlə İsrail rejiminə raket zərbələri endirib və İsrailin heç nəyə cəsarəti çatmır. Bu izzət və qüdrət müqavimət şəhidlərinə görədir.”
Qaani müqavimət şəhidlərinin çox böyük qabiliyyət və bacarıqlara malik olduqlarını diqqətə çatdıraraq deyib: “Lakin dünyada hər gün müqavimətçi və izzətli müsəlman bir insan yetişdirməyin dəyəri hamısından çoxdur və şəhid Süleymani bu yolun öndəri idi.”

Yəməndə müqavimət cəbhəsinin nailiyyətlərinə toxunan komandan deyib: “Bütün ərəb ölkələri müqavimət cəbhəsinə qarşı hücuma keçdi, lakin 7 ildir ki, döyüşürlər. Ərəbistan bu iş üçün bütün gücünü və sərvətini sərf edib, hətta büdcə çatışmamazlığı ilə də üzləşib, ancaq 7 ildə heç bir iş edə bilməyib. Bu 7 ildə yəmənlilər ən gözəl formada həm döyüşüblər, həm də ölkəni idarə ediblər. Halbuki, hər tərəfdən mühasirəyə alınıblar. Yəmən müqavimət qüvvələri bu gün həm vuruşur, həm də özlərinə arxalanmaqla min kilometrdən çox mənzilli raketlər istehsal edir, pilotsuz təyyarələr hazırlayır. Bunlar müqavimət mədəniyyətinin övladlarıdır və şəhidlərdən izzətli həyat yolunu öyrəniblər və şəhidlərini yolunu irəli aparırlar.”

Bugün İslam dünyasında Məhdəvi hakimiyyətinə nail olmaq üçün şəraitin yarandığını bildirən Qüds Qüvvələrinin komandanı deyib: “Bu yol mümkün yoldur. Kim izzətli olmaq, izzətli həyat və izzətli ölüm istəyirsə, yol budur.”

General Qaani çıxışının digər hissəsində İslam İnqilabının düşmənlərinə səslənərək deyib: “Mesaj budur ki, istədiyiniz qələti edə bildiyiniz və heç kimin buna görə sizə heç nə demədiyi, vurub-qaçdı dövrü artıq bitmişdir. Əgər vursanız, mütləq cavab alacaqsınız. 20 il Əfqanıstanda döyüşdünüz, nəyə nail oldunuz? Amerikanın keçən il uğradığı məğlubiyyəti o qədər o tərəf bu tərəfə çevirdiniz ki, dünya başa düşməsin. Lakin Amerikanın ən böyük məğlubiyyəti Əfqanıstandakı məğlubiyyət oldu.
Amerikalılar dünyada müharibə yaradırlar və silah satmaqla qazanc əldə edirdilər. Amma Əfqanıstan və İraqa özləri gəldilər. 20 ildən sonra heç nəyə nail ola bilmədilər, müzakirədə də xəyanət etdilər. Əfqanıstan xalqı üçün bugün problemlər yaratdılar.”

Qüds Qüvvələrinin komandanı müqavimət cəbhəsinin şəhid Süleymaninin şəhadətindən sonra ABŞ-ın bölgədən çıxarılması istiqamətində hədəflərinin bir hissəsinin həyata keçirildiyini, digər hissəsinin də müqavimət cəbhəsinin izzəti ilə həyata keçiriləcəyini bildirərək deyib: “Bugün Əfqanıstandan qovuldular, daha doğrusu qaçdılar, hətta öz adamlarını da çıxara bilmədilər, 20 gün də olsun duruş gətirə bilmədilər.”
Qüds Qüvvələrinin komandanı Amerikaya səslənərək deyib: “Amerikalılara deyirik ki, bizim ətrafımızdakı coğrafiyadan zillətlə çıxmaq üçün hələ vaxtınız var. Əks təqdirdə (özünüz çıxmadığınız halda) bu coğrafiyadan, Əfqanıstandan qovulduğunuzdan da pis qovulacaqsınız. İstədiyinizi edə bildiyiniz günlər artıq bitmişdir.

İllərdir ki, Amerika masanın üstündəki və masanın altındakı sanksiyalardan danışır. Ancaq İran xalqının gücü, yumşaq və sərt proqram bacarığı, qüdrət və izzəti elə həddə çatıb ki, ən kiçik bir hərəkət etsəniz, dişləriniz ağzınızda qırılacaq.

Şəhidlərin bu yolu mərhələ-mərhələ davam edir ki, İmam Zamanın (əc) cahanşümul hökumətinin formalaşması olan ilahi məqsədə çatsın.”
1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.12.21, 13:19
Vatsapda yeni funksiya
23.12.21, 10:00
Bakıya ilk qar yağdı
22.12.21, 11:30
Böyük çillə başladı
Go to TOP