Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2021

Yəmən qüvvələri Ərəbistanla sərhəd bölgəni işğaldan azad etdi

Yəmən ordusu və xalq komitələri bu gün (cümə) Yəmənin şimal-şərqindəki Əl-Cəvf vilayətində yeni əraziləri nəzarətə götürüb.

Cəbhə mənbələrinin “Əl-Məyadin” telekanalına bildirdiyinə görə, Yəmən ordusu və xalq komitləri Əl-Cəvf əyalətində Xabb vəl-Şəəf şəhərinin mərkəzi Əl-Yətməni təcavüzkar ərəb koalisiyasının işğalından tam azad edib.

Qeyd olunan mənbələr əlavə edib ki, Səna qüvvələri Səudiyyə Ərəbistanının Nəcran əyaləti ilə Yəmənin şimalındakı Səədə əyaləti arasında Əl-Xazra gömrük məntəqəsinə gedən beynəlxalq xətti nəzarətə götürüb.
1579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.05.22, 09:59
Salyan sakini intihar edib
29.04.22, 23:06
İki fərqli Ərdoğan
Go to TOP