20 Yanvar 2022
Azərbaycanlıları qətlam etmək üçün İsraildən Ermənistana terrorçu daşınırmış

Nasir, ədəbiyyatşünas, Azərbaycan Ali Sovetinin deputatı (1986-1995), Kommunist P artiyasının Bakı şəhər komitəsinin (1968-1970) və Azərbaycan KP MK-nın (1986-1990) üzvü İsmayıl Şıxlı 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qətliamdan 4 gün sonra - yanvarın 24-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxış edib.
Qaynarinfo İsmayıl Şıxlının çıxışını təqdim edir:
"Mən Böyük Vətən müharibəsinin iştirakçısıyam. Çox dəhşətlər, qanlı səhnələr görmüşəm. Müharibələrə, yatırılmış üsyanlara dair çoxlu kitablar oxumuşam. Lakin heç yerdə, heç zaman bu cür qanlı, vəhşi hərəkətə rast gəlməmişəm. Dinc əhaliyə öz qoşunlarının belə əzazil, vəhşi hücumu heç vaxt olmayıb. Bütün bu işlərə görə qanlı perestroykanın başçısı Qorbaçov, onun əlaltıları cəllad Yazov və Primakov, sapı özümüzdən olan balta, fərari Vəzirov tarix qarşısında, xalq qarşısında, məhkəmə qarşısında cavab verəcəklər.
Azərbaycan xalqı öz torpağını qoruyur. Lakin iki ildir onun dincliyi əlindən alınıb. "Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər katolikos Vazgenin, xarici daşnakların, Moskvaya toplaşan partbiletli millətçi ermənilərin başçılığı və Qorbaçovun himayədarlığı ilə milli qırğın törədirlər. Ermənistanda muzdlu qoşun saxlanılır. İsraildən və başqa yerlərdən erməni terrorçuları gətirilib, həmin başkəsənlər raketlər, minamyotlar və başqa müasir silahlarla silahlandırılır. Dağlıq Qarabağda və Azərbaycanın başqa regionlarında qırğınlar törədilir. 250 minə yaxın azərbaycanlı didərgin düşüb – Qorbaçov narahat olmur. Tacikistanda zəlzələ olur – vecinə almır. Çernobıl faciəsi baş verir – tükü ürpənmir. Amma bir erməninin burnu qanayanda "mnoqostradalnıy armyanskiy narod” deyə göz yaşı axıdır. Heç bilmək istəmir ki, onlar "mnoqostradalnıy armyanskiy narod” yox, "mnoqoskandalnıy armyanskiy narod”dur, Qorbaçov isə onların əlində oyuncaqdır. Şahnazarovların, aqanbekyanların, zori balayanların, qdlyanların, sitaryanların dediyi ilə oturub-durur. Belə olmasaydı, o, Dağlıq Qarabağda və Ermənistanda sovet hökumətini bərpa etmək əvəzinə Bakıya qoşun yeritməzdi.
Yoldaşlar, Bakıda baş verən hadisələr əvvəlcədən düşünülüb hazırlanmış hadisələrdir, ermənilərin göstərişi və fitvası ilə hazırlanmışdır. General Yazov nə üçün səfərbərlik elan etdi? Məgər Bakıda alınmaz qala və ya təpədən-dırnağa qədər silahlanmış ordu vardı? Nə üçün general Yazov səfərbərliyi Rostov, Stavropol və Krasnodar vilayətlərində elan etdi? Sibirdə, Ukraynada edə bilməzdimi? Generallar və onların ağaları nə qədər gizlətsələr də, xoruzun quyruğu görünür. Onlar həmin vilayətlərdə məhz erməniləri səfərbərliyə aldılar, əsgər paltarı geyindirib Bakının üstünə göndərdilər və dinc əhalini vəhşicəsinə qırdırdılar. Bu, xalis genosid deyil, bəs nədir? Əsgər paltarlarında ermənilərin – başkəsənlərin əli ilə işlərini gördükdən sonra onlara təşəkkür edib dərhal evlərinə göndərdilər. Azərbaycan televiziyasını partlatsanız da, verilişləri qadağan etsəniz də, dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır. Mən təklif edirəm: Bakını ələ keçirib dinc əhalini qırmaqda "böyük sərkərdəlik” məharəti göstərdiyinə görə general Yazova marşal rütbəsi verilsin və "Qələbə” ordeni ilə təltif olunsun. Qoy bəşəriyyətə Suvorov, Kutuzov, Jukov kimi böyük sərkərdələr vermiş rus xalqı "öz oğlu” Yazovla da "fəxr etsin”.
Moskva mətbuatı və başqa kütləvi informasiya vasitələri yenə də yalan danışır. Bakı işğalçıları da cinayətlərinin izini itirmək üçün yalan və fırıldaqla məşğul olur. Ölənlərin sayını səksəndən yuxarı çıxartmırlar. Mənim əlimdə şəkillər var. Semaşko xəstəxanasındakı ölüxanada çəkilib. Qollarında nömrələri var – "312”, "332”. Bu, təkcə bir xəstəxanada, bir gündə ölənlərdir. İndi özünüz hesablayın, görün nə qədər adam qırılıb?! Bakıya qəsd edən generallar ölüləri gizlətməklə, gəmilərə doldurub Narginə və başqa yerlərə aparmaqla ikinci cinayət törədirlər. Gözü yaşlı valideynlərə, ölülərin ruhuna hörmətsizlik edirlər. Xalqı qırmaqla onun iradəsini sındırmaq cəhdi vəhşilikdir!
Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında qərar çıxarıldı ki, konstitusiyaya zidd olan, Qorbaçovun özbaşınalığı və diktatorluğu nəticəsində elan edilən fövqəladə vəziyyət dərhal götürülsün. Amma mərkəzi hökumət susur, sakitlik yaratmaq əvəzinə günün-günorta çağı dənizdə silahsız barjlara, paromlara, gəmilərə hərbi qayıqlardan, toplardan atəş açılır. Əhsən belə əməliyyat aparan admiralların başına!
Cənab Primakov, yanvarın 17-də Azərbaycanın ağsaqqal ziyalılarından bir qrupu sizin yanınıza gəldik. Əvvəlcə siz bizi çox nazla qəbul etdiniz. Özünüzü canişin Vorontsov-Daşkov kimi apardınız, kommunist kimi yox. Bizi dinləmək əvəzinə özünüzü çox yekəxana və laqeyd göstərib nağıl danışmağa başladınız. Buna dözməyən Bəxtiyar Vahabzadə sözunuzu ağzınızda qoydu. Biz – Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Şeyxülislam Allahşükür Paşazadə, Nurəddin Rzayev sizdən tələb etdik ki, qırğın törətməyin, günahsız qan axıtmayın, vecinizə almadınız. Moskvadakı qaçqın ermənilərin halından söhbət açdınız. Çünki siz də Qorbaçov kimi ermənilərin əlində oyuncaqsınız! Siz ölkəni idarə edən siyasi xadimlər yox, siyasi meyitlərsiniz! Ona görə ki, öz ağlınız, öz iradənizlə işləmirsiniz. Marqaret Tetçer göstəriş verir, Buş təsdiq edir, Roma papası xeyir-dua söyləyir və siz – Qorbaçov dəstəsi onların göstərişlərini danışıqsız yerinə yetirirsiniz. Çünki siz milli və siyasi əqidəsinə xəyanət edən adamlarsınız! Hanı sizin vətəndaşlıq qürurunuz? Hanı sizin kommunist qürurunuz? Hanı sovet insanlarının qüruru? Onları siz ayaqlar altına saldınız! Siz Rusiyanı, sosialist dünyasını içəridən dağıdan simasızlarsınız! Sov.İKP artıq öz simasını itirib. Don Kixot yel dəyirmanları ilə vuruşduğu kimi o da öz xalqı ilə vuruşur. Artıq ona xalqın etimadı yoxdur. Ona görə də kütləvi şəkildə partiyadan çıxırlar.
Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan KP MK üzvlüyünə namizədəm, Azərbaycan SSR Ali Sovetinin deputatıyam. SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45 illik partiya stajım var. Mən müharibədə Kommunist (bolşeviklər) Partiyasına üzv olmuşam. İndi isə bu partiya Qorbaçov və sizin kimi rəhbərlərin ağlı ucundan öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli SS partiyasına çevrilib. Mən sizinlə bir sırada dayanmaq və belə bir partiyanın üzvü olmaq istəmirəm".
21.05.22, 08:53
Rusiya qazı dayansa, məhv olacağıq! - Macarıstan 21.05.22, 08:51
Bu, Rusiyanın parlaq qələbəsidir - Aksyonov 21.05.22, 08:49
Baydenin Putinə hədiyyəsi... 21.05.22, 08:46
İraq Türkiyədən TŞ-na rəsmi şəkildə şikayət etdi 19.05.22, 10:53
ABŞ-da növbəti atışma: yaralılar var 19.05.22, 09:14
Rusiya Finlandiyanı hədələdi 19.05.22, 09:13
Tanınmış jurnalist, qazi intihar etdi 19.05.22, 09:10
ABŞ generalı Rusiyaya əsir düşdü 19.05.22, 09:07
Rusiya Mariupolda təslim olanların sayını açıqladı 19.05.22, 09:04
Moldovanın MDB-dən çıxması səfehlikdir - Dodon 18.05.22, 09:15
Bakıda 17 yaşlı gənc kürəyindən bıçaqlanıb 18.05.22, 09:11
Bakıda qadın özünü asdı 18.05.22, 09:05
Rusiya: ABŞ 60 İŞİD-çini Ukraynaya göndərir 18.05.22, 08:55
Beni Gantz: İsrailin bəzi hissələrini itirə bilərik 17.05.22, 10:37
Yevlaxda 49 yaşlı qadın intihar edib 17.05.22, 08:38
Rusiyaya qarşı razılığa gələ bilmədik - Borrell 16.05.22, 09:31
Sumqayıtda gənc qızı öldürdülər 16.05.22, 09:17
ABŞ-ın Kaliforniya ştatında atışma olub 16.05.22, 09:08
Türkiyəli vəzifəli şəxs Əfqanıstanda öldürüldü 16.05.22, 09:02
Avropa niyə Rusiya qazını əvəz edə bilməyəcək? 15.05.22, 18:27
Türkiyəni təcridlə hədələdilər 14.05.22, 23:06
Peyğəmbərin Məkkə üzrə valisi - 21 yaşlı Əttab 14.05.22, 23:03
“Zavallı yəhudi” adlı dondurma... 14.05.22, 09:35
Rusiya: Finlandiya və İsveçin NATO-ya daxil olması... 14.05.22, 09:27
İşğalçı türk əsgəri öldürüldü 14.05.22, 09:24
Osetiya Rusiyaya birləşir: "referendum" təyin edildi 14.05.22, 09:23
Məsciddə partlayış: 7 nəfər öldü, 17-i yaralandı 14.05.22, 09:21
Rus qoşunları Ukraynanın bu şəhərini ələ keçirdi 14.05.22, 09:02
İran sərhədçiləri və Taliban birgə namaz qılıblar – Foto 12.05.22, 09:04
Lavrov Avropanı hədələdi – “Bunu istəmirik, amma...” 12.05.22, 08:54
ABŞ-da benzinin qiyməti tarixi rekorda qalxdı 12.05.22, 08:53
ABŞ-ın bu qətnaməsini dəstəkləməyəcəyik - Çin 12.05.22, 08:46
İslam Peyğəmbərinin (s) gənc nümayəndəsi – Müsəb 11.05.22, 12:55
DSX-nin giziri intihar etdi, cinayət işi açıldı 11.05.22, 08:55
İranda İƏT-ə üzv ölkələri səfirlərinin toplantısı keçirilib 10.05.22, 11:59
Qazi: Əyilib xəlvətdə dua etdim və... 10.05.22, 10:24
Ukrayna xaraba qalan vaxtlar Əsədin İran səfəri 10.05.22, 09:26
Bakıda 34 yaşlı kişi bıçaqlanıb 09.05.22, 11:55
Laçında avtomobil aşdı - Ölən var 09.05.22, 10:55
Haitidə 8 türk qaçırıldı 09.05.22, 09:26
Rusiyadan şok: 380 ukraynalı hərbçi öldürüldü 09.05.22, 09:23
Rus ordusu bu şəhəri ələ keçirdi - Kadırov açıqladı 08.05.22, 10:59
Bakıda 16 yaşlı gənc bıçaqlanıb 08.05.22, 10:58
Bolqarıstan prezidentindən Avropanın sonu... 08.05.22, 10:45
Rusiya həmişəlik Xersondadır - Turçak 08.05.22, 10:42
Konaşenkov: Qərbdən göndərilən silahlar... 08.05.22, 09:18
HƏMAS: Müqavimət rəhbərlərinə qarşı terror olarsa, Təl-Əviv raket yağışına tutulacaq 07.05.22, 09:59
Salyan sakini intihar edib 07.05.22, 09:55
Polşanın xarici işlər naziri İrana səfər edəcək 07.05.22, 09:43
Rusiya Ukraynanın 22 komanda məntəqəsini vurdu 07.05.22, 09:38
Türkiyədə illik inflyasiya 70 faizə çatıb 05.05.22, 17:06
Rusiya xarici işlər nazirindən maraqlı ironiya 05.05.22, 10:29
Əgər Finlandiya və İsveç NATO-ya qoşulsa... - Zaxarova 05.05.22, 10:28
ABŞ dünyada ən böyük yalan xəbər yayandır - Senator 05.05.22, 09:47
37 yaşlı qadın ata evinə qonaq gedib özünü asdı 05.05.22, 09:12
Fələstin müqavimətindən sionist rejiminə ciddi xəbərdarlıq 04.05.22, 11:08
Azərbaycanda sabiq məmur intihar etdi 04.05.22, 09:16
Turki Feysəl: Amerika bizi tək buraxdı 02.05.22, 13:19
Gəncədə yeniyetmə oğlan bıçaqlandı 02.05.22, 11:51
Macarıstan yenidən AB-yə qarşı çıxdı 02.05.22, 11:49
Türkiyədə sel fəlakəti: maşınlar su altında qaldı - Video 02.05.22, 11:47
Lavrovdan Putinin səhhəti ilə bağlı açıqlama 01.05.22, 11:33
Qobuda 59 yaşlı kişi qətlə yetirildi 01.05.22, 11:00
İraqda ABŞ hərbi bazasına raket hücumu 01.05.22, 10:56
Yeni Rusiya bazaları yaradılacaq - Prezident 01.05.22, 10:26
İsrail qüvvələrinin Cenin düşərgəsinə sızmasının qarşısı alınıb 30.04.22, 12:30
Laçında minaya düşən fəhlə vəfat etdi, cinayət işi başlandı 29.04.22, 23:24
Bakıda işğalçı İsrailin səfirliyi qarşısında aksiya - Video 29.04.22, 23:06
İki fərqli Ərdoğan 28.04.22, 10:31
Makron pomidor "atəşinə" tutuldu - Video 28.04.22, 10:24
Ayətullah Nuri Həmədaninin Qüds günü münasibətilə bəyənatı 28.04.22, 10:11
Döyüşə hazır ordumuz yoxdur - Sandu 28.04.22, 10:08
Keçmiş arvadını baltaladı 28.04.22, 10:06
Kimsə müdaxilə etsə, ildırımsürətli cavab olacaq - Putin 28.04.22, 09:53
Əfqanıstandakı terror hücumlarında sionistlərin rolu 27.04.22, 11:13
“Sizi aldadıblar, cənab Baş katib”- Putin 27.04.22, 10:16
Ərəbistan rejimi Məkkə və Mədinədə minlərlə İslam abidəsini məhv etməyi planlaşdırır 26.04.22, 09:48
ABŞ-da şənlik zamanı atışma - ölən və yaralılar var 26.04.22, 09:42
İraqda ABŞ bazası raketlə vuruldu 26.04.22, 09:40
ABŞ və Britaniya sülhə imkan vermir 26.04.22, 09:39
Lavrov: Nüvə müharibəsi riski... 26.04.22, 09:27
Türkiyənin İraqın şimalına təcavüzünün pərdəarxası 25.04.22, 13:40
Rusiya S-500-lərin kütləvi istehsalına başladı 25.04.22, 12:21
Putin doğru deyir, sanksiya... 25.04.22, 11:48
Dünyanın ən yaşlı qadını dünyasını dəyişdi 25.04.22, 11:29
Amerika və Avropada Fələstinə dəstək nümayişləri – Fotolar 24.04.22, 17:51
RAMAZAN AYININ SON CÜMƏSİ - QÜDS GÜNÜ 24.04.22, 09:47
“WhatsApp”a yeni funksiya əlavə edilib 24.04.22, 09:36
Rusiya ABŞ-dan göndərilən silahların olduğu anbarı vurdu 24.04.22, 09:34
Rusiyaya qarşı... - Kafiero 24.04.22, 07:14
Sionistlərin gözündə çöp olan beynəlxalq “Qüds günü”