Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2022

Amerika və Avropada Fələstinə dəstək nümayişləri – Fotolar

Amerika və Avropanın bir neçə şəhərində dünən və bu gün Fələstinə dəstək məqsədilə anti-sionist nümayişlər keçirilib.

ABŞ-ın bir neçə şəhəri, o cümlədən Çikaqo ştatının İllinoys, Texas ştatının Hyuston və Florida ştatının Tampa şəhərləri bu gün (bazar günü) Qüds və Fələstinə dəstək məqsədilə anti-sionist nümayişlərə şahidlik ediblər.

"Maan" xəbər saytının yazdığına görə, Çikaqo şəhərində "Fələstində Ədalət Uğrunda" Cəmiyyəti minlərlə fələstinli, ərəb və müsəlmanın iştirakı ilə şəhərin mərkəzində böyük nümayiş təşkil edib. Bəzi iştirakçılar əllərində "Əlinizi Qüdsdən çəkin" sözləri yazılmış plakatlar tutublar. Onlar həmçinin Fələstinin hüquqlarını dəstəkləyən şüarlar səsləndiriblər, işğala son qoyulmasını, Qüdsdə sionistlərin müsəlman və xristianlara qarşı vəhşiliklərinin dayandırılmasını tələb ediblər.

Mitinqdə çıxış edən Çikaqodakı "Ən-Nəhzəh" Mərkəzinin direktoru Ğəssan Bəlut bildirib ki, Fələstin xalqı harada olur-olsun, müqavimət oxu ətrafında birləşib öz hüquqlarını tələb edir. O, həmçinin Məscidül-Əqsada müsəlmanların və Qiyamət kilsəsində xristianların sionist hərbçilərə qarşı müqavimətini yüksək qiymətləndirib.

Ğ. Bəlut dünya ictimaiyyətini, Təhlükəsizlik Şurasını və insan haqları qurumlarını sionist rejimə təzyiq etmək, fələstinlilərin hüquqlarını müdafiə etmək və sionist rejiminin müqəddəs yerlərə təcavüzlərini dayandırmaq üçün hərəkətə keçməsini istəyib.

Fələstində Ədalət Uğrunda Cəmiyyəti tərəfindən oxşar nümayişlər Texas ştatının Hyuston və Florida ştatının Tampa şəhərlərində də keçirilib.

Cümə axşamı Nyu-Yorkda onlarla insan İsrail səfirliyi qarşısında aksiya keçirərək, sionist rejiminin Əl-Əqsa məscidində fələstinlilərə hücumunu pisləyib.

Bu arada Kanadanın paytaxtı Ottavada insan haqları fəalları və fələstinlilər bu gün (bazar günü) anti-sionist aksiya keçiriblər.

Oxşar aksiya Hollandiyanın paytaxtı Amsterdamda da keçirilib.

Habelə, cümə günü Londonda İsrail səfirliyi qarşısına toplaşan yüzlərlə insan sionistlərin Məscidül-Əqsa və işğal olunmuş Fələstinin digər bölgələrində ibadət edənlərə qarşı hücumlarını pisləyib. Aksiyada anti-sionist yəhudilərin də ciddi iştirakı olub.

Almaniyanın paytaxtı Berlin də dünən fələstinli hüquq müdafiəçilərinin geniş nümayişlərinin şahidi olub. Fələstin və ərəb birliklərinin, o cümlədən Avropadakı Fələstin Gənclər Birliyinin dəvəti ilə təşkil olunan aksiyada yüzlərlə insan iştirak edib.

Sionist hərbçilərin və qəsəbə mühacir yəhudilərin müqəddəs Ramazan ayında Məscidül-Əqsa və fələstinlilərə qarşı təcavüzünün şiddətlənməsinin ardınca dünyanın müxtəlif şəhərlərinin əhalisinin sionist rejiminin vəhşiliklərinə etirazları daha da güclənib.



1562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP