Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2022

Əfqanıstandakı terror hücumlarında sionistlərin rolu

Əfqanıstan hökumətinin keçmiş rəsmisi deyib: "Əfqanıstan əyalətlərində baş verən son terror hücumları bu cinayətlərin sionist agentlər tərəfindən rejimin maraqları naminə həyata keçirildiyini göstərdi."

Mübarək Ramazan ayının son cüməsi və Beynəlxalq Qüds Günü ərəfəsində Yazıçılar Birliyinin prezidenti, Bəlx vilayətinin informasiya və mədəniyyət şöbəsinin keçmiş rəhbəri Saleh Məhəmməd Xaliq Əfqanıstanda məscidlərə və müqəddəs yerlərə edilən son terror hücumları və çoxlu sayda insanın qətliam edilməsini vurğulayaraq deyib: "Bu ölkədə təkfirçi qrupların yaranması sionistlərlə bağlıdır."

Bəlx əyalətinin Yazıçılar Cəmiyyətinin rəhbəri təkfirçi qrupların Əfqanıstanın Kabil, Qunduz və Bəlx əyalətlərindəki təhsil və dini mərkəzlərində törətdikləri son terror aktlarını pisləyərək əlavə edib: "Bu cinayətlər sionist ünsürlərinin planları ilə rejimin maraqları əsasında törədilir.

Məzari-Şərif, Kabil və Künduzda son terror partlayışları, habelə iranlı və əfqanıstanlı şiə və sünni qanının birləşməsinə səbəb olan oruc tutmuş iki din xadiminin İmam Rzanın (ə) hərəmində qətlə yetirilməsi ilə İmamın (ə) hərəminə hörmətsizlik edilməsi sübut etdi ki, ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, BƏƏ və sionizm İŞİD-in çirkin qruplaşması və cahil vəhabilərə zorakı terror aktlarının yeni mərhələsinə başlamağa dair göstəriş veriblər və beləliklə, İslami İranın, onun müsəlman və məzlum qonşusu Əfqanıstanın xoş gün görməməsini istəyirlər.

Bu gün imperialist ölkələr Fələstində, Əfqanıstanda, İraqda, Yəməndə və bütün regionda İslamın tərəqqisini dayandırmaq üçün var gücləri ilə iştirak edirlər. İslama meylin qarşısını almaq üçün Avropada İslam əleyhinə müxtəlif qanunlar qəbul etməyə, seçkilərdə din əleyhinə şüarlar səsləndirməyə məcbur olurlar. Sanki dünya şeytanları İslamı öz şərlərinin düşməni hesab edirlər və insanın öz fitrətinə qayıtmasını nəfsani qüdrət üçün təhlükə hesab edirlər."
1470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP