Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2022

İstanbulda yoxsulluq şəraitinə etiraz edən onlarla etirazçı saxlanılıb - Foto

İstanbulda hökumətin yaramaz siyasətlərindən təngə gəlmiş əhali bir sıra bölgələrdə etiraz aksiyası keçirilib.

Türkiyə çevik polis qüvvələri bu gün (bazar) yüksək inflyasiyanın yaratdığı iqtisadi çətinliklərə qarşı 1 May nümayişində iştirak etmək üçün İstanbulun Taksim meydanına getməyə çalışan onlarla etirazçını həbs edib.

Bu haqda "Reuters" xəbər agentliyi bildirib. Agentlik əlavə edib ki, İstanbul valiliyi 1 May tədbirlərinin keçirilməsi üçün ərazi müəyyən etmiş, digər yerlərdə keçirilən mitinqləri qanunsuz elan etmişdi.

"Reuters"-in müxbiri çevik polisi qüvvələrinin etirazçılarla qarşı zorakılış işlədilməsi və polisin onları qandalladığının şahidi olduğunu xəbər verib.

İstanbul polisi həmçinin Beşiktaşın mərkəzində 30, Şişli rayonunda isə 22 nəfəri həbs edib.

İstanbul valiliyinin etirafına görə, 164 etirazçı şəhər boyu "qanunsuz nümayişlər keçirməyə cəhd etdikləri üçün" saxlanılıb.

Qeyd edək ki, Türkiyədə əhali ağır məişət durumu və yaranmış bahalığa görə, bu ölkənin müxtəlif bölgələrində tez-tez aksiyalar keçirir və hər dəfə də polis zorakılığına məruz qalır.
1377 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP