Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2022

Turki Feysəl: Amerika bizi tək buraxdı

Səudiyyə şahzadəsi keçmiş kəşfiyyat rəhbəri, Turki Feysəl Ərəbistanın ABŞ-ın davranışından dərin məyus olduğunu deyib.

Feysəl "Arab News"-ə bildirib ki, səudiyyəlilər ABŞ-ın onları tək buraxdığını hiss edirlər və onlar Vaşinqtonun Fars körfəzi regionundakı təhdidlərə qarşı çıxmaq üçün Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməli olduğunu düşünürlər.

Səudiyyə şahzadəsinin açıqlamasının əksinə olaraq ekspertlər vurğulayırlar ki, ABŞ Ərəbistanın köməyi ilə dəniz quldurluğu və silah qaçaqmalçılığı ilə mübarizə bəhanəsilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazında öz mövcudluğunu artırmışdır və ABŞ bu vasitə ilə Yəməndə atəşkəs rejimini pozmağa çalışır.

T. Feysəl açıqlamasının davamında deyib: "ABŞ prezidenti (Co Bayden) seçki kampaniyasında Səudiyyə Ərəbistanını kənara qoyacağını demişdi. Təbii ki, Yəməndə husilərə qarşı ABŞ və Səudiyyə Ərəbistanının birgə əməliyyatını dayandırmaqla öz (seçki kampaniyasındakı) vədinə əməl etdi".
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP