Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2022

Tanınmış jurnalist, qazi intihar etdi

Tanınmış jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsində müalicə alan Nəsimi Şərəfxanlının səhhəti sabit olsa da, kritik olaraq qalmaqdadır.

Bu barədə jurnalistin qardaşı Əliağa Şərəfxanlı məlumat verib.

Onun sözlərinə görə, qazi-jurnalist mayın 14-də özünəqəsd məqsədi ilə sirkə turşusu qəbul edib. Elə həmin gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nəsimi Şərəfxanlının müalicəsi istiqamətində bütün zəruri addımlar atılsa da, jurnalistin səhhəti kritik olaraq qalmaqdadır.

Məlumat üçün qeyd edək ki, Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq zabit kimi hərbi əməliyyatlara qoşulub və Cəbrayıl və Qubadlının azad edilməsində göstərdiyi igidliklərə görə 3 medalla təltif edilib.

Jurnalistin intihar cəhdinin səbəbi açıqlanmayıb.
1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP