Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2022

Suriya beynəlxalq ictimaiyyəti Ərdoğanın "şeytani illüziyalarına" qarşı çıxmağa çağırıb

Suriya beynəlxalq ictimaiyyəti Ərdoğan hökumətinin regionda və dünyada faciəli təsirlər qoyacaq işğalçı siyasətlərinə və "şeytani illüziyalarına" qarşı çıxmağa çağırıb.

Suriyanın "SANA" xəbər agentliyinin yazdığına görə, bu ölkənin Xarici İşlər Nazirliyinin Ərdoğanın Suriyanın şimalında təhlükəsiz zona yaratmaq haqqında sayaqlamasına cavab olaraq yaydığı bəyanatda deyilir: "Belə bir ərazinin yaradılmasında məqsəd heç də Suriya ilə Türkiyə arasındakı sərhəd bölgələrini qorumaq deyil, əksinə onun əsas məqsədi işğalçılıq və əsasən Suriya xalqına qarşı terror planlarının həyata keçirilməsinə kömək edən partlayış mərkəzin yaradılmasıdır."

Dəməşq hökuməti bu bəyanatda beynəlxalq ictimaiyyəti Ərdoğan hökumətinin bu təcavüzkar planına qarşı çıxmağa çağıraraq vurğulayıb ki, Suriya öz xalqını və torpaqlarının bütövlüyünü müdafiə etmək üçün bütün qanuni vasitələrlə bu fitnəyə qarşı çıxacaq.

Bəyanatın davamında deyilir: "Türkiyə prezidentinin Suriyanın şimalında təhlükəsiz zona yaradılması ilə bağlı qaba və dəyərsiz ifadələri bu rejimin Suriyaya, onun xalqına və ərazi bütövlüyünə qarşı düşmənçilik oyunlarını göstərir və beynəlxalq ictimaiyyət şeytani illüziyaları olan Ərdoğan rejiminə dəstəyi dərhal dayandırmalıdır."

Ankara rejimi illərdir ki, Suriya, İraq və Yunanıstan kimi qonşularına qarşı işğalçı siyasətlər yürüdür və bu istiqamətdə terrorçu qruplar yaradır və onlarla əməkdaşlıq edir, İŞİD və digər vəhşi təkfirçi terror qruplarına silah yardımı edir, Suriya torpaqlarına qarşı hücumda İslam və müsəlmanların əsas düşməni olan sionistlərlə birgə fəaliyyət göstərir.
1146 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP