Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2022

Təl-Əviv müqavimət hərəkatından bunu xahiş etdi

Fələstin müqavimətinin mənbələri bu gün axşam (çərşənbə) elan ediblər ki, sionist rejim bayraq yürüşü ilə bağlı vasitəçilərdən müqavimətə mesaj göndərib.

Mənbələr "Əl-Məyadin" telekanalına bildiriblər ki, işğalçı rejim bu mesajda heç bir təxribatçı addım atmayacağını və bayraq yürüşünün əvvəlki illərdə olduğu kimi eyni küçələrdə keçiriləcəyini çatdırıb.

Mənbələr əlavə edib ki, Təl-Əviv sionist rejim polisinin yürüş iştirakçılarının sayının əvvəlki illərdən çox olmasına icazə verməyəcəyi barədə də məlumat verib.

Habelə, sionist rejim öz mesajında Məscidül-Əqsa daxilindəki vəziyyətdə heç bir dəyişiklik olmayacağı, bayraq yürüşünün Əl-Əqsa məscidinin qarşısında keçiriləcəyi, iştirakçıların yalnız Babul-Əmud keçidindən keçəcəkləri barədə xəbər verib.

"Əl-Məyadin"-in bildirdiyinə görə, Təl-Əviv həmçinin Qəzzə zolağında yerləşən müqavimət qruplarından işğal olunmuş şəhərlərə raket zərbələri endirməməyi istəyib.

Digər tərəfdən müqavimət qrupları Qüds və onun küçələrində sionistlərin yağılıq etmələrinə imkan verməyəcəklərini, hər hansı təxribat xarakterli hərəkətlərə bütün cəbhə boyu cavab verəcəklərini vurğulayıblar.

Müqavimət qrupları həmçinin elan ediblər ki, işğalçıların təxribatçı hərəkətlərinə qarşı mübarizənin bütün variantları, o cümlədən hərbi variant masa üzərindədir.
1433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
30.05.22, 11:17
Daha bir qazi intihat etdi
28.05.22, 09:00
Hərbçimiz vəfat etdi
27.05.22, 12:47
Hərbçimiz intihar etdi
Go to TOP