Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2022

UNICEF: Bu ilin əvvəlindən indiyədək 13 fələstinli uşaq şəhid olub

BMT-nin Uşaq Fondunun (UNICEF) Qərbi Asiya və Şimali Afrika üzrə regional direktoru bildirib ki, 14 yaşlı fələstinli uşaq bu yaxınlarda Beytləhmdə şəhid olub. O, bu həftə İordan çayının qərb sahilində şəhid olan üçüncü fələstinli uşaqdır.

BMT rəsmisi fələstinli uşaqların sionist hərbçilər tərəfindən güllələnməsini pisləməyərək, uşaqların hədəfə alınmamasına çağıraraq deyib: "Uşaqlara qarşı zorakılıq edilməməlidir."

UNICEF-in Qərbi Asiya və Şimali Afrika üzrə regional direktoru əlavə edib: "Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində UNİCEF fələstinli uşaqlara onların əsas təhsil ehtiyaclarını ödəməkdə kömək etməyə davam edir".

Fələstin Statistika Mərkəzinin məlumatına görə, ötən il 78 fələstinli uşaq sionist rejim hərbçiləri tərəfindən güllələnib.

Bu məlumata görə, 2021-ci ildə İordan çayının qərb sahilində 17 uşaq, Qəzzə zolağında isə 61 uşaq işğalçı sionist rejimin hərbi qüvvələri tərəfindən qətlə yetirilib.

Son günlər sionist rejim fələstinlilərə qarşı zorakılıqlarını gücləndirib, yəhudi ekstremistləri Məscidül-Əqsaya doğru yürüş edib və müqəddəs məkanları təhqir etməklə müsəlmanları təhrik etməyə cəhd göstəriblər.
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP