Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2022

Ukraynanın 290-a yaxın hərbçisi öldürüldü - Rusiya MN

Rusiya aviasiyası son sutkada 290-a yaxın ukraynalı hərbçini və 23 texnikanı məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

“Ukraynaya məxsus Su-25 təyyarəsi vurulub, raket qoşunları və artilleriya bir gün ərzində Ukrayna qoşunlarının 38 komanda məntəqəsini məhv edib. “Azovstal” zavodunun altındakı katakombalarda minalanmış 152 Ukrayna hərbçisinin cəsədi olan furqon aşkarlanıb”, - Konaşenkov qeyd edib.

Bildirilib ki, Rusiya hərbçiləri Xersonda Ukrayna minalarına görə hərbi əməliyyat başlayandan orada qalan türk gəmisinin ekipajına humanitar yardım çatdırıblar.
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP