30 May 2023
Bu gün İmam Rizanın (ə) mübarək mövlud günüdür

Adı: Əli (ə)
Məşhur ləqəbi: Riza
Künyəsi: Əbulhəsən
Atası: Musa (ə)
Anası: Nəcmə
Doğum tarixi: 148-ci hicri qəməri ili, 11 zilqədə
Doğulduğu yer: Mədinə
İmamət müddəti: 20 il
Ömrü: 55 il
Şəhadət tarixi: 203-cü hicri qəməri ili, səfər ayının axırı
Qatili: Məmun həzrəti zəhərləmişdir
Dəfn olduğu yer: Məşhəd şəhəri
İmam Rizanın (ə) ata və anası
İmam Rizanın (ə) atası imam Musa ibn Cəfər (ə), anası isə Nəcmədir.
Nəcmə imam Kazimlə (ə) ailə qurmazdan əvvəl Həmidədən İslam əxlaqı və qayda-qanunlarını öyrənmişdi. O, din, istedad və ağıl cəhətindən qadınların ən yaxşısı idi. Həmidə deyir: "Nəcmə bizim evə gələndə Peyğəmbəri (s) yuxuda gördüm. Həzrət mənə buyurdu: "Ey Həmidə! Nəcməni oğlun Musaya (ə) bağışla (onunla evləndir). Şübhəsiz, tezliklə Yer üzünün ən yaxşı insanı ondan dünyaya gələcək".
Mən bu göstərişə əməl edib Nəcməni oğlum Kazimlə (ə) evləndirdim. İmam Riza (ə) da ondan dünyaya gəldi".
Nəcmə Allahın zikrinə, münacata və ibadətə o qədər vaxt ayırırdı ki, imam Rizaya (ə) süd verdiyi müddətdə qohumlarına deyir: "Dayə tutmaqla mənə kömək edin".
Ondan soruşdular ki, sənin südünmü azalıb?
O cavabında deyir: "And olsun Allaha, südüm azalmayıb. Ancaq mən bu uşağa himayəçilik edəndən yerinə yetirmək istədiyim namaz və təsbihlərim azalıb. Daha artıq ibadət və münacatlar yerinə yetirmək üçün kömək istəyirəm".
İmamın Riza adlanmasının səbəbi
İmam Əli ibn Musanın (ə) məşhur ləqəbi Rizadır (ə). Rəvayətdən belə bəlli olur ki, o həzrətin Riza adlanmasının bir neçə səbəbi vardır:
1. O həzrət Allahın asimanda razı olduğu, Peyğəmbərin (s) və məsum imamların (ə) Yer üzündə razı olduğu və bəyəndiyi bir şəxsdir.
2. Şiə və əhli-sünnə, hətta, müxaliflər də ondan razı olmuşlar.
3. O həzrət Allahın razılığına razı idi. Səbr məqamından da üstün olan bu gözəl və dəyərli məqam imam Rizada (ə) daha açıq-aydın görünürdü. Rəvayət olunub ki, o həzrətin üzüyünün qaşında bu cümlə həkk olmuşdu: "Maşaəllahu la qüvvətə illa billah" (Hər nə Allah istəsə; Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur).
Qeyd etmək lazımdır ki, bütün məsumlar Allahın razılığına razı olmuşlar, Allah da onlardan razı olmuşdur. Ancaq imam Rizanın (ə) yaşadığı dövrdə belə bir əxlaqa malik olmaq İslam üçün çox zəruri və dəyərli idi. Ona görə də bu məsələ həzrətdə daha çox büruz etdi, dövrünün mürəkkəb çətinliklərini səbr, tədbir və xüsusi dözümlülüklə həll etdi.
Məmunun imam Rizanı (ə) Tusa dəvət etməsi
Məmun əvvəlcə imam Rizanı (ə), Əli (ə) nəslinin adlı-sanlı şəxsləri ilə birlikdə xilafət mərkəzinə hörmətlə dəvət etdi.
İmam Riza (ə) Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun və İmam Riza (ə) arasında çoxlu məktublaşmalar baş tutduqdan və Məmunun təhdidindən sonra nəhayət, o, həzrət Əlinin (ə) nəslindən olan bir dəstə tanınmış şəxslərlə birlikdə Mərv istiqamətində hərəkət etdi.
Məmun, İmam Rizanın (ə) karvanını gətirmək vəzifəsinə təyin olunmuş məmura tapşırmışdı ki, karvandakılara, xüsusən də, İmam Rizaya (ə) hörmət etsin. Ancaq imam Riza (ə) camaatı xəbərdar etsin deyə, qəsdən bu səfərdən narazı qaldığını bildirirdi.
O həzrət Mədinədən çıxmağa hazırlaşanda, qohum-əqrəbasını toplayıb, onlardan onun halına ağlamasını istəmiş və buyurmuşdur: "Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam".
Sonra Peyğəmbərlə (s) vidalaşmaq məqsədilə o həzrətin məscidinə daxil oldu. İmam neçə dəfə vidalaşsa da, yenə Peyğəmbərin (s) qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Sistani yazır: "Bu zaman o həzrətin (imam Rizanın) yanına gəlib salam verərək onun üçün uğurlu səfər dilədim. İmam buyurdu: "Mənə yaxşı-yaxşı bax, cəddimin yanından uzaqlaşıb qürbətdə öləcəyəm və Harunun yanında dəfn olunacağam".
İmam Rizanın (ə) Nuşapurda qoca qadının evində qonaq qalması
Məmunun göstərişinə uyğun olaraq imamın karvanı İrana tərəf yola düşdü. Karvan Nişapura çatdıqda camaat küçələrə axışdı, həzrətin dəvəsinin ətrafına toplaşdılar. Hamı imamı gördüyünə görə sevinirdi. Çoxları sevincindən ağlayırdı. Hər kəs imamla söhbət etmək, öz sualına cavab almaq istəyirdi. Şəhərin böyüklərindən bir neçə nəfər irəli gəlib dedilər: "Ey Peyğəmbərin övladı! Bizim şəhərimizə xoş gəlmisən. Biz hamımız səni qarşılamağa hazırıq. Bizim evimizə gəl, qonağımız ol".
İmam Riza (ə) camaata baxdı. Divarın qırağında qoca bir qadın dayanmışdı. O, imamı görə bildiyinə görə ağlayırdı. Həzrət ona tərəf getdi və buyurdu: "Mən bu qoca qadının evinə gedirəm".
Qoca qadının sevincdən gözləri parladı. Çadrasının ucu ilə yaşla dolmuş gözlərini sildi. O, gözləmədiyi bir xəbərdən özünü itirmiş, dili söz tutmurdu. "Qədəmlərin gözüm üstə olsun, ey Fatimənin oğlu, buyur"-dedi. Onlar yola düşdülər və qarının evinə çatdılar. İmam dəvəsindən endi və qarının evinə daxil oldu. Həzrət Nişapurda olduğu müddətdə onun evində qaldı. Camaat dəstə-dəstə qarının evinə gəlir və imamla görüşürdülər.
İmam artıq yoluna davam etmək istəyirdi. Qarı həyətdə oturmuşdu. Həzrət cibindən bir badam dənəsı çıxardıb, həyətin bağçasında əkdi və qarıya buyurdu: "Bu badam dənəsi şitil olacaq və böyük bir ağaca çevriləcək. Bu da mənim sənin evində yadigarım".
Həzrət bunu deyib, evdən çıxdı.
Sonralar imamın buyurduğu kimi badam dənəsi şitil oldu və yavaş-yavaş böyüyüb, ağac oldu. Qarı hər vaxt imam üçün darıxsaydı, ağacın budağından yapışar və salavat göndərərdi.
İmamın paytaxta çatması
İmam Rizanın (ə) karvanı şəvval ayının onunda Mərv şəhərinə çatdı. Şəhərdən neçə fərsəx kənarda Məmun, Fəzl ibn Səhl və Bəni Abbasdan olan digər əmirlər və böyüklər imamı qarşılamağa çıxaraq böyük hörmətlə karvanı şəhərə daxil edirlər.
Məmunun göstərişinə əsasən, rahatlıq üçün lazım olan hər cür şərait imamın ixtiyarına qoyulmuşdu. Bunlar hamısı Məmunun məkirli planı idi.
Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra imam Riza (ə) ilə Məmun arasında müzakirələr başladı və Məmun xilafəti qəbul etməyi imam Rizaya (ə) təklif etdi. Məmunun əsil məqsədindən xəbəri olan imam bu təklifdən ciddi şəkildə imtina etdi. Fəzl ibn Səhl heyrətlə deyir: "Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz və ləyaqətsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa ər-Rizaya (ə) verir, o isə hakimiyyəti qəbul etmirdi".
İmam Rizanın (ə) xilafəti qəbul etməyəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: "İndi ki belədir, onda vəliəhdliyi qəbul et!"
İmam Riza (ə) buyurdu: "Məni bu işdə də üzürlü hesab et".
Ancaq Məmun bu dəfə imamın üzrünü qəbul etməyib, sərt və qəzəbli halda dedi: "Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura təyin etdi. Ömər həm də vəsiyyət etmişdi ki, kim müxalifətçilik edərsə, boynu vurulsun. İndi sən də mənim təklifimi qəbul etməlisən! Çünki mən bundan başqa çarə görmürəm".
Məmun əslində bu sözlərlə imamı hədələyirdi. Sonra daha açıq şəkildə imamı təhdid edib dedi: "Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki, əgər vəliəhdlikdən imtina etsən, səni zorla onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən, səni öldürəcəyəm".
İmam Riza (ə) məcbur olub məsləhət üzündən Məmunun təklifini qəbul edərək buyurdu: "Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki, ölkə işlərində bir dəfə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin edib çıxartmaq, hökm və fətva vermək kimi işlərə qarışmayım".
İmam Rizanın (ə) qətiyyətli cavabları
Məmunun göstərişi ilə böyük xristian, yəhudi, sabei və digər din və məzhəblərin, habelə əqaid məktəblərinin başçıları, filosof və alimlərdən ibarət bir məclis təşkil edildi. İmam Riza (ə) da bu məclisə dəvət olundu. Həzrət Məmunun cavabında buyurdu: "Sənin məkirli niyyətindən xəbərim vardır. Sabah inşallah, məclisdə iştirak edəcəyəm". Həzrət məclisdə iştirak etdi və din alimlərinin müxtəlif suallarına cavab verdi. Müsəlmanların arasında dünyanın bütün elmləri və təfəkkürlərini dəqiqiliyi ilə bilən bir alimin olması onları heyrətə salmışdı.
İmam Riza (ə) katolikos Casəliqin sualının qarşısında həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olmasını İncil kitabı və həzrət İsanın (ə) sözləri vasitəsilə sübuta yetirdi. Casəliq imamın hikmətli sözlərini dinlədikdən sonra dedi: Həqiqətən sən deyəndir. And olsun Allaha ki, müsəlmanlar arasında sənin kimi bir şəxsin olmasına heç inanmazdım!
Yağış namazı
İmam Rizanın (ə) vəliəhd olmasından bir müddət sonra yağış yağmadı. Məmunun ətrafına toplaşmış xəbis və dünyapərəst adamlardan bəziləri şayiə yayırdılar ki, yağışın yağmaması, Əli ibn Musanın (ə) vəliəhd olmasına görədir. Bu sözlər Məmuna çatdı. O, imam Rizadan (ə) xahiş etdi ki, yağışın yağması üçün dua etsin. Həzrət bazar ertəsi gününü istisqa namazı üçün təyin edərək buyurdu: "Dünən gecə yuxuda Peyğəmbəri (s) gördüm. O, Əmir əl-möminin Əli (ə) ilə mənim yanıma gəldi və buyurdu: Oğlum, bazar ertəsi gününə qədər səbr et. Sonra həmin gün Allah dərgahından yağış istə. Allah yağış göndərəcək və camaat sənin Allah yanında olan əzəmətini başa düşəcək".
Təyin edilmiş gün yetişdi. İmam Riza (ə) səhraya getdi. Camaat da evlərindən bayıra çıxdılar. İmam namazdan sonra minbərə qalxdı və Allaha həmd edib dedi: "İlahi! Sən, biz risalət ailəsinə böyüklük və kəramət bağışladın. İnsanlar Sənin əmrinlə bizə tərəf yönəldi. Onlar Sənin rəhmət, ehsan və nemətinə ümid edirlər. Öz faydalı, geniş və zərərsiz yağışını onlara göndər. Ancaq bu dəfə camaat öz evlərinə qayıtdıqdan sonra yağışını nazil et".
Rəvayət olunur: "And olsun Allaha! Elə həmin an səmada buludlar hərəkətə gəldi, ildırım çaxdı. Camaat həyəcanlandı və yağış yağmamış öz evlərinə qayıtmağa çalışdılar. Həzrət onlara buyurdu: Sakit olun, bu buludlar sizin üçün deyil. Bunlar filan məntəqəyə aiddir. Bir azdan o buludlar getdi və başqa buludlar göyün üzünü aldı. Yenidən ildırım çaxdı. Camaat evlərinə getmək istəyəndə imam buyurdu: Bu buludlar da sizin üçün deyil. Bunlar filan məntəqənindir. Beləliklə, on dəfə bulud gəldi və oranın səmasından ötüb keçdi. İmam da bu buludların onlara aid olmadığını buyurdu. On birinci dəfə bulud gələndə imam camaata buyurdu: Allah bu buludları sizin üçün göndərmişdir. Allahın fəzl və kərəmi qarşısında şükür edin və evlərinizə dönün. Siz evlərinizə çatmayana qədər yağış yağmayacaq. Sonra isə Allahın kərəminə layiq olan bir yağış yağacaqdır. İmam bunu deyib minbərdən aşağı düşdü. Hamı evinə qayıtdı. Bu zaman bərk yağış yağdı. Bütün hovuzlar, çökəkliklər və çaylar su ilə doldu. Camaat sevinərək deyirdi: Allahın kəramətləri Peyğəmbərin övladı üçün mübarək olsun".
Sonra imam Riza (ə) camaatın yanına gəldi, onları düz yola hidayət etdi və Allahın nemətləri qarşısında şükür etməyə çağırdı.
23.09.23, 10:14
Sionistlər müsəlman yeniyetməni qətlə yetirdilər - Foto 21.09.23, 10:53
ABŞ səfirliyi pulemyotdan... 21.09.23, 10:42
İordaniya Kralı: Fələstin məsələsi həll olunmayınca, bölgədə iztirablar davam edəcək 19.09.23, 09:40
Xocavənddə yük maşını minaya düşdü: ölənlər var 18.09.23, 11:27
Çindən ABŞ-a: Bizi dayandıra bilməzsiniz! 18.09.23, 11:25
Nazirdən etiraf: Rusiyadan asılıyıq! 17.09.23, 15:07
Səbra və Şatila qətliamı sionist rejimin qaniçənliyinə sübutdur 13.09.23, 09:24
Sionistlər də Netanyahudan bezib: Onu baykot edin 12.09.23, 11:18
Dollardan imtina qlobal prosesdir - Çinli ekspert 12.09.23, 11:13
Salyanda küçədən yeni doğulmuş qız uşağı tapıldı 10.09.23, 09:49
İsveçdə müsəlmanlara dəstək aksiyası keçirildi 10.09.23, 09:44
Sionist rejim rəhbərindən etiraf: Böhranın pik həddindəyik 10.09.23, 09:43
Türkiyə İraqda kəndi bombaladı 31.08.23, 21:49
Bayden ABŞ-ı banan respublikasına çevirir – Tramp 31.08.23, 21:45
İranın raket, hava və kosmik sənayesində həyata keçirilən ən böyük təxribat əməliyyatının qarşısı alınıb 31.08.23, 10:32
Əmir Abdullahiyandan ABŞ hərbçilərinə: Evinizə qayıdın 31.08.23, 10:06
Rusiya və Şimali Koreya yaxınlığı ABŞ-ı narahat edir 30.08.23, 12:38
Rusiyanın bu təyyarəsi hədəfi 300 km-dən vuracaq 30.08.23, 09:57
Cəlilabadda unikal tapıntı - Foto 30.08.23, 09:53
Ukraynada alternativ hakimiyyət yaradılsın 30.08.23, 09:46
Rusiya yuana keçir 29.08.23, 12:59
“Qiyamətə yaxınlaşırıq...” - Dmitri Medvedev 29.08.23, 10:36
ABŞ-da helikopter qəzası: ölənlər var 29.08.23, 10:28
Liviyanın xarici işlər naziri ölkədən qaçdı 29.08.23, 10:27
Liviyada qəzəblənmiş xalq sionist rejimin bayrağını yandırdı 28.08.23, 09:02
İraq Prezidenti Ərbəin günlərində Kərbəlanı ziyarət etdi 28.08.23, 08:30
Türkiyədə parkda 4 nəfər güllələndi 27.08.23, 11:53
ABŞ-da silahlı hücum: 7 yaralı var 27.08.23, 11:51
NATO-nun Ukrayna strategiyası iflasa uğradı - Konte 26.08.23, 10:12
Sionist casuslar Beyrut hava limanında saxlanıldı 26.08.23, 10:09
İsrail görünməmiş məğlubiyyətə düçar olacaq - HƏMAS 26.08.23, 08:57
Ronaldo İrana gələcək 26.08.23, 08:51
Donald Tramp həbs olundu 23.08.23, 12:22
Amerikalı baş keşişin xristianlara tövsiyəsi: - Video 23.08.23, 10:40
Braziliya prezidentindən dollardan imtina çağırışı 23.08.23, 09:48
Samir Məhərrəmov öldürüldü 23.08.23, 09:05
Çin tarixin doğru tərəfində dayanıb - Szinpin 23.08.23, 09:03
Ciddi təkliflərə cavab verməyə hazırıq - Zaxarova 22.08.23, 11:11
Nərimanov rayonunda 30 yaşlı kişi qətlə yetirildi 22.08.23, 09:27
General Heydəri Moskvaya səfər etdi 21.08.23, 18:03
Ukraynaya qırıcı verməyəcəyik - İsveç 21.08.23, 09:09
Hövsanda qadın özünü 10-cu mərtəbədən atdı 21.08.23, 09:08
Coratda ana və oğlu bıçaqlandı 21.08.23, 09:03
Danimarka və İsveç səfirləri İran XİN-ə çağırıldı 21.08.23, 08:54
Zelenski dozadan artıq qəbul edib - Zaxarova 20.08.23, 12:41
Ya Ukraynanı məhv edəcəyik, ya da... - Medvedyev 20.08.23, 10:38
Xarici KİV-lər artıq Ərbəin yürüşünü işıqlandırmağa başlayıb 20.08.23, 10:36
Hacıqabulda 43 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirildi 20.08.23, 10:34
Daşkəsəndə yeniyetmə intihar edib 19.08.23, 10:50
Bayden ABŞ-ı yeni dünya müharibəsinə sürükləyir 19.08.23, 10:21
Nüvə silahı təhdidlərə yeganə cavabdır - Lavrov 19.08.23, 10:02
Hərbçimiz özünü güllələdi - Səbəb 19.08.23, 09:59
Rusiya Ukraynanı tükəndirir, biz bacarmırıq - Fesenko 17.08.23, 10:08
İran Avropa və Kanadaya biliyə əsaslanan avadanlıqlar ixrac edir 17.08.23, 09:06
“Bayden başqa ölkələr tərəfindən idarə olunur” - Tramp 17.08.23, 09:05
Nazir Türkiyəni İşğalçı adlandırdı 16.08.23, 10:51
Xrenindən şok: Planet dünya savaşı astanasındadır… 15.08.23, 10:47
Cəlilabadda XV əsrə aid qoç fıquru tapıldı 15.08.23, 10:22
31 yaşlı idmançının asılmış meyiti tapıldı 15.08.23, 10:04
Knessetin üzvü: Ordumuz dağıldı 15.08.23, 09:57
Rusiya Qərbin verdiyi bu sistemləri məhv edib - Ritter 14.08.23, 09:15
İdman meydançasında qətliam: 3 nəfər güllələndi 13.08.23, 10:22
Sionist komandir: Ciddi zədələr almışıq, vəziyyətimiz ağırdır 13.08.23, 08:50
İşğalçı İsraildə 100 min insan küçələrə axışdı 13.08.23, 08:45
Ukrayna Odessanı itirə bilər - Conson 12.08.23, 09:52
İran İslam Respublikası yeni uran mədənini istismara verdi 10.08.23, 13:11
Kim Çen İn çağırış etdi: Müharibəyə hazırlaşın 10.08.23, 12:19
Rusiya snayper gülləsini saxlayan gödəkcəni sınaqdan keçirdi 10.08.23, 11:20
Bakıda 14 yaşlı yeniyetmə bıçaqlandı 10.08.23, 09:17
Bu ölkələrin dəstəyi ilə böhrandan çıxdıq - Əsəd 10.08.23, 09:15
Türkiyənin üç hərbçisi İraqda öldürüldü 09.08.23, 12:22
Sumqayıtda qadın ərini öldürdü 09.08.23, 09:09
Kiyev bunu etsə, hər şeyini itirəcək - Vuçiç 09.08.23, 09:08
Rusiyadan İranla hərbi əməkdaşlıqla bağlı açıqlama 08.08.23, 10:05
General Səlami: Cihadın qaydalarını Qurandan öyrənmişik 08.08.23, 09:59
Şirvanda qardaş qardaşı bıçaqladı 08.08.23, 08:32
Rusiyadakı nasist düşərgəsində yüzlərlə cəsəd tapıldı 08.08.23, 08:31
Almaniyada bomba tapıldı - 13 min insan təxliyə edildi 07.08.23, 09:17
Medvedyev: Ukrayna dövləti 1991-ci ildən əvvəl mövcud... 07.08.23, 09:14
Ata və oğulu bıçaqlandı 06.08.23, 13:21
Nüvə müharibəsinin təbilləri yenidən çalınır - Quterreş 06.08.23, 12:12
İsveçdə kürd tərəfdarları Ərdoğana qarşı aksiya keçirib 06.08.23, 12:10
Sionist rejim çalxalanır - Aksiyalar getdikcə alovlanır 06.08.23, 09:40
Bakıda qadın evində öldürüldü 06.08.23, 09:33
ABŞ Zelenskini öldürmək istəyir - Conson